Şəkər immun sisteminə necə təsir edir? - Gündəlik NORMA

Şəkər immun sisteminə necə təsir edir? - Gündəlik NORMAQış-yaz aylarında immun sistemi zəifləyir, orqanizmimiz infeksiyalara qarşı müqavimət göstərməkdə çətinlik çəkir. Bunun qarşısını almaq üçün düzgün, balanslı şəkildə qidalanmaq lazımdır. Həddindən artıq şəkər istehlakı da immun sistemimizi zəiflədən faktorlardandır.
Bu, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin açıqladığı maarifləndirici məlumatda bildirilir. Qeyd olunur ki, şəkərli içkilər, tortlar, kekslər, şirin unlu qidalar orqanizm üçün müvəqqəti enerjivermə qabiliyyətinə malikdir. Tez-tez bu məhsullarla qidalanan insanlarda C vitaminin miqdarı azalır. Nəticədə də leykositlər bədənə daxil olan bakteriya və virusların sadəcə 50 %-ni təsirsiz hala gətirə bilir.
Mütəxəssislər orta yaşlı şəxsin gündəlik 30 q-dək şəkər istehlakını tövsiyə edirlər. Normadan artıq şəkərin qəbulu sağlamlığımız üçün təhlükəlidir. Bir çox xəstəliklərin meydana gəlməsinə, xüsusilə artıq çəki və diabetin yaranmasına səbəb olur. Tez-tez aclıq, səbəbsiz davamlı yorğunluq, yaraların gec sağalması, diş çürüməsi, ağız boşluğunun quruması, sidik yollarının infeksiyası, ağızda və dildə ağ ərp formalaşması, quru dəri, konsentrasiyada çətinlik artıq şəkər istehlakı nəticəsində formalaşan fəsadlardandır. Həmçinin tərkibində həddindən çox şəkər olan məhsulların istehlakı gündəlik kalori qəbulunu artırır ki, bu da piylənməyə gətirib çıxarır. Piylənmə isə ürək, yüksək qan təzyiqi və iltihab kimi xəstəliklərin risk faktorlarından sayılır.
Şəkər istehlakını məhdudlaşdırmaq üçün qablaşdırılan məhsulların tərkibini diqqətlə oxumaq lazımdır. Məhsullarda fruktoza, laktoza, saxaroza, maltoza, qlükoza və dekstroza kimi elementlərin miqdarı nəzərə alınmalıdır. Şəkər, şokolad, şərbət və şirniyyatların əvəzinə meyvələrə, yəni təbii şəkər qaynağına üstünlük verilməlidir.
İnsan orqanizminə lazım olan enerji gündəlik qəbul edilən qida məhsulları ilə ödənilir. Təbii ki, sağlam və keyfiyyətli qida orqanizmimiz üçün enerji mənbəyi ola bilər. Meyvə və tərəvəzlərə üstünlük verməklə immun sistemimizi gücləndirə, orqanizmimizin infeksiya törədicilərinə qarşı dözümlülüyünü, müdafiəsini artıra bilərik.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1592   Tarix: 04 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

turlar.az

geyim seçimi qaşların formalari gozel gorunmek vaginal təmizlik anaya aid atalar sozu encir murebbesi xercengden qoruyan qidalar kosmetika sevda hesaplama hekaye janri rus dilini öyrənək rus dili