Şəkər xəstəliyinin yeni növü aşkarlandı

Şəkər xəstəliyinin yeni növü aşkarlandıŞəkər xəstəliyinin yeni növü aşkarlanıb.
Milli.Az xəbər verir ki, Exeter Universiteti Tibb Məktəbi və Brüssel Azad Universitetinin alimləri indiyə qədər məlum olmayan diabet növü aşkarlayıblar.
Nəticələr "Journal of Clinical Investigation" (JCI) jurnalında dərc olunub.
Xəstəlik TMEM167A genindəki mutasiya ilə bağlıdır. Belə ki, bu gen insulini istehsal edən hüceyrələrin fəaliyyətinə cavabdehdir.
Uşaqlarda altı aylıqdan kiçik yaşlarda baş verən diabetin çoxu genetik səbəblərlə bağlıdır. Belə halların 85%-dən çoxu irsi DNT dəyişiklikləri ilə əlaqələndirilir. Tədqiqatda altı körpənin genetik materialı analiz edilib. Onlarda diabetlə yanaşı neyroloji problemlər, o cümlədən epilepsiya və mikrosefaliya müşahidə olunub. Bütün hallarda eyni gen mutasiyaya uğrayıb.
Professor Mirjam Knop və komandası genin funksiyasını öyrənmək üçün kök hüceyrələri beta-hüceyrələrə çevirib və CRISPR gen redaktə texnologiyasından istifadə edib. Aşkarlanıb ki, TMEM167A düzgün işləmədikdə beta-hüceyrələr insulin istehsal edə və sərbəst buraxa bilmir, həmçinin hüceyrə içi stress mexanizmləri aktivləşir və hüceyrələrin ölümü baş verir.
"TMEM167A genindəki dəyişikliklərin aşkarlanması körpələrdə diabetin genetik səbəblərini anlamağa kömək edir," - deyə Dr. Eliza de Franco izah edib.
"Bu tədqiqat genin funksiyasını açıqlayır və insulini istehsal edən hüceyrələrin normal işləməsi üçün kritik olduğunu göstərir."
İsmayıl
Milli.Az

Xəbərlər     Baxılıb: 982   Tarix: 10 oktyabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

Siqareti tərgitdikdən sonra ağciyərlərdə nə baş verir?

Ağciyərlərdə ilk müsbət dəyişikliklər siqareti tərgitdikdən iki həftədən üç aya qədər olan müddətdə müşahidə olunur. Milli. -a istinadən xəbər verir ki, bu barədə Rusiyanın TASS informasiya agentliyinə həkim Marina Makarov

.

Sadəcə göyərti deyib keçməyin: İçində balıqdan çox omeqa var

Aşağı kalorili olmasına baxmayaraq, yüksək qida dəyəri ilə ön plana çıxan bir tərəvəz son dövrlərdə mütəxəssislər tərəfindən ən çox tövsiyə edilən qidalar arasında yer alır. Tərkibindəki faydalı komponentlərlə yanaşı, sağla

.

Bunları edin, gün boyu enerjili QALIN

Yaz ayları bədənin mövsüm dəyişikliyinə uyğunlaşmağa çalışdığı və bu səbəbdən daha həssas olduğu dövr kimi xarakterizə olunur. Mütəxəssislər düzgün qidalanma ilə bu dövrün daha enerjili və sağlam keçməsinin mümkün olduğun

.

Hər gün ananas yeyənlər xəstəlik üzü görmür: İltihabın kökünü kəsən tropik möcüzə

Son illərin ən populyar tropik meyvələrindən biri olan ananas zəngin tərkibi ilə insanı xəstəliklərdən qorumağa kömək edir. Mütəxəssislərin tez-tez tövsiyə etdiyi bu meyvəni qida rasionuna əlavə edənlər sağlamlıqlarına böyü

.

Günə enerji dolu başlayın: Uzmanlara görə səhər edilməli olan 5 hərəkət

Mütəxəssislər bildirir ki, günə hərəkətlə başlamaq həm zehni ayıqlığı artırır, həm də bədəni fiziki olaraq günə hazırlayır. xəbər verir ki, fitness və sağlamlıq üzrə mütəxəssislərin tövsiyə etdiyi 5 vacib səhər hərəkəti bunlardır:

.

Qida allergiyası necə özünü göstərir? - Həkim açıqladı

Adi görünən qidalar bəzi insanlarda ciddi allergik reaksiyalara səbəb ola bilər. Xüsusilə qida allergiyası olan şəxslər ehtiyatlı olmalı və ilk əlamətlər zamanı həkimə müraciət etməlidirlər. xəbər verir ki, plazmaferez, ozonoterapiy

.

Mətbəximizdəki bəzi qida əlavələri ürək xəstəliklərinə səbəb olur

Fransada aparılan və "European Heart Journal"da dərc olunan genişmiqyaslı araşdırma gündəlik istehlak etdiyimiz paketli qidalarda olan bəzi qoruyucu maddələrin ürək və damar sağlamlığı üçün ciddi risk yaratdığın

.

Gündə 6 saatdan çox oturanlar diqqət: Ürək xəstəliyi riskini artırır

Uzun müddət oturmaq bir çox insanı piylənmə riski altına qoyur və xərçəng və ürək xəstəlikləri riskini artırır. xəbər verir ki, lakin Çinli tədqiqatçılar tərəfindən aparılan yeni 10 illik bir araşdırma göstərir ki, hətt

.

Ani və anlıq başgicəllənmənin səbəbləri nələrdir?

Sağlam həyat sürmək bədənin bütün sistemlərinin tam bir uyğunluq içində işləməsi ilə mümkündür. Lakin gündəlik qaçaqovdu zamanı qəfildən yaranan və insanı narahat edən bəzi fiziki simptomlarla tez-tez qarşılaşırıq. Bu simptomla

turlar.az

geyim şəkilləri reseptler yemek reseptleri kombinler 2026 yay xina yaxdi sozleri adların mənası 2026 payiz geyimleri kosmetika novruz hakisdalari xerceng novruz haqistalari mikayıl abdullayev kley lekesi