Şəkərlə bağlı daha bir iddia: Yeganə sağlam şirniyyat nədir?
Harvard Universitetinin qidalanma və epidemiologiya professoru, MD Frank Hu şəkərin müxtəlif növləri haqqında danışaraq ondan tamamilə imtina etməyin düzgün olmadığını açıqlayıb.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, professorun sözlərinə görə, sağlam yemək üçün şəkərdən tamamilə imtina etmək lazım deyil. Bununla belə, şəkərdən istifadə edərkən diqqətli olmalıyıq.
"Daha sağlam bir pəhriz üçün, adətən işlənmiş qidalarda olan əlavə şəkərin qəbulunu minimuma endirmək vacibdir".
Li əlavə edib ki, bal və ya ağcaqayın siropu kimi təbii şəkərlər tamamilə təhlükəsiz deyil. Onların əsas üstünlüyü antioksidantların və faydalı maddələrin olmasıdır, lakin çox istehlak edilərsə, adi şəkərlə eyni nəticələrə səbəb olur. Mütəxəssis meyvələri yeganə sağlam şirniyyat adlandırıb. Çünki onlar qan qlükozasında güclü sıçrayışlara səbəb olmur.
Professor deyib ki, şirniyyatın zərərinə baxmayaraq, şəkərdən tamamilə imtina da faydalı olmayacaq.
"Şəkərin zərərli olduğunu düşünməməlisiniz. Problem şəkər deyil, istehlak edilən şəkərin miqdarıdır", - deyə o fikrini yekunlaşdırıb.
Milli.Az









Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Gecə yata bilməyənlər bu 5 məsləhəti etsin
6 ayda Türkiyədə 8 maşhur vəfat edib
18 yaşı tamam olmayan oğlunun maşın sürən görüntüsünü paylaşdı
Ebruya qarşı böyük tərbiyəsizlik etmişəm' - Sərdardan illər sonra etiraf
Səyahət edənlər daha çox yaşayırlar
Türkan: 'Vaxtilə bizi tənqid edənlər indi özləri meyxanaçılarla oxuyurlar
Ər çörəyi yeyəndə kökələcəm' - Səmra
Deniz Akkaya saxlanıldı
Elgiz Əkbərin anası vəfat etdi
Fahriye yeni mövsümdə ekranlara qayıdır - FOTO
Tanınmış rejissor həbs edildi - 11 milyonluq dələduzluq