Seliakiya - irsi xəstəlik

Seliakiya - irsi xəstəlikSeliakiya irsi xəstəlikdir (müəyyən genlərlə valideynlərdən uşaqlara ötürülür).
Bir çox hallarda bu xəstəliyin diaqnozu uşaq vaxtlarnda qoyulur. Lakin bəzən diaqnoz vaxtında qoyulmur və uşaq, daha sonra isə böyük uzun illər ərzində müxtəlif xəstəliklərdən uğursuz olaraq müalicə olunur (disbakterioz, anemiya və s.) və nəticədə düzgün diaqnoz hətta insanın 30-40 yaşında qoyulur.
Vaxtında təyin olunmamış seliakiya uşağın inkişafında müxtəlif pozulmalara səbəb olur - fiziki inkişafın ləngiməsi (çəkin və boyun normalara uyğun olmaması), anemiya, sümüklərin kövrək olması və tez-tez qırılması, diş problemləri, cinsi inkişafının ləngiməsi və s. Bu səbəbdən valideynlər uşağının sağalamlığına və inkişafına qarşı çox diqqətli olmalı və xəstəliyin ilk simptomlarında bu haqda həkimə məlumat verməlidir.
Seliakiya zamanı insanın orqanizmində "qlyüten" zülalına qarşı dözümsüzlük yaranır. Qlyüten arpa, çovdar, buğda kimi yarmaların tərkibinə daxildir. Xəstənin bağırsaqlarına bu zülalın hətta mikroskopik miqdarı (milliqrammlar) düşdükdə orada iltihab və həzm və sovurma proseslərin pozulması yaranır. Nəticədə insanda qəbizliklə növbələşən ishal (həcmli üfunətli nəcis), ürəkbulanması, qusma, qarında köp, ağrılar, iştahanın azalması  inkişaf edir.
İltihablaşmış bağırsaq orqanizmin sağlamlığı və inkişafı üçün lazım olan maddələri tam şəkildə sovura bilmir və insan orqanizmində bir çox vacib maddələrin (dəmir, kalsium, zülallar, yağlar, vitaminlər və s.) çatışmazlığı yaranır. Məhz bu səbəbdən seliakiya xəstəliyi olan uşaqların fiziki inkişafında geriləmə (az çəki, kiçik boy), anemiya (dəmir elementinin çatışmazlığına görə), diş və sümük problemləri (kalsiumun çatışmazlığına görə), dəridə səpgilər və s. müşahidə olunur.
Adətən seliakiyanın ilk simptomları körpənin qidalanmasına əlavə qidalar (sıyıqlar, suxari, çörək və s.) daxil olunmağa başladıqda üzə çıxır. Bu qidaların qəbulu uşaqda yuxarıda sadaladığımız simptomların (ishal, ürəkbulanması, qusma, köp) əmələ gəlməsinə səbəb olur. Bu qidalar qidalanmadan çıxardıqda simptomlar da müalicəsiz olaraq yox olur.
Seliakiyaya şübhə yarandıqda xəstəyə əlavə müayinələr təyin olunur (xüsusi immunoloji qan analizi, genetik analiz və s.).
Seliakiya xəstəliyi tam müalicə olunmasa da, xəstə tərkibində qlyüten olan qidaları qəbul etmədikdə, xəstəliyin simptomları üzə çıxmır. Beləliklə, seliakiyanın müalicəsinin  əsası müəyyən pəhrizdir. Belə pəhrizi xəstə ömrünün sonuna kimi saxlamalıdır.
Hansı qidalar seliakiya xəstəliyi zamanı əks-göstərişdir?
- Buğda unu, buğda nişastası, buğda sıyıqları, buğda çörəyi, kvas, araq (buğda əsasında hazırlanmış) və s.
- Çovdar çörəyi, çovdar yarması, sıyıqlar, kvas və s.
- Arpa yarması, arpa sıyığı, arpa nişastası, pivə və s.
- Yarımfabrikatlar, konservlər, kolbasa-sosis, hazır souslar, tərkibində aromatıaşdırıcı maddələr və rəngvericilər olan məhsullar. Bu məhsulların tərkibində bir çox hallarda qlyüten olur. Bu səbəbdən belə məhsulları yalnız o halda qəbul etmək olar ki, etiketin üzərində qlyütenin olmaması haqqında qeyd olunsun ("qluten free", "без глютена" qeydi, üstündən xətt çəkilmiş sümbül). Körpələr üçün olan sıyıqlar, konservlər, şirələrin üzərində də belə qeyd ola bilər. Belə məhsullar məhz seliakiya xəstəliyi olan uşaqlar üçün nəzərdə tutulub.
Bəzi dərmanların tərkibində də qlyüten ola bilər. Bu səbəbdən müalicədən əvvəl dərmanın tərkibinə fikir vermək lazımdır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1512   Tarix: 28 oktyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

turlar.az

kosmetika mehsullari qadın geyimi kosmetoloq cizgi filmləri eroziya xesteliyi asan ariqlamagin yollari soyuqdəymə kosmetika cinsi novruz bayramına aid hakıştalar üzeyir hacıbəyli vetene aid bayati faydalı bilgilər