Selin Dionun tutulduğu nadir sindrom – Əlamətləri nələrdir?
Dünya şöhrətli müğənni Selin Dion son günlərdə "I Am: Celine Dion" sənədli filmi ilə adından söz etdirir.
Filmdə Selin Dionun hazırda əziyyət çəkdiyi xəstəliklə mübarizəsindən də bəhs edilib.
Milli.Az medicina.az-a istinadən məşhur müğənninin yerimə və oxuma qabiliyyətinə belə təsir edən nadir sindrom haqqında məlumatları təqdim edir:
Sərt əzələ sindromu (SPS) naməlum etiologiyalı nadir nevroloji xəstəlikdir. Bu, mərkəzi sinir sisteminə təsir edən, nəzarətə edilə bilməyən, ağrılı əzələ spazmlarına səbəb olan nadir otoimmün hərəkət pozğunluğudur.
Bu sindromdan əziyyət çəkənlərə yüksək səslər və ya yüngül toxunuş belə mənfi təsir edir və spazmlara səbəb olur.
Səbəbi dəqiq bilinməsə də, bu sindromun immunitet sisteminin səhvən bədənin normal toxumalara hücum etdiyi "otoimmün xəstəliklərdən" biri olduğu düşünülür.
Xroniki ağrı, hərəkət sistemindəki pozğunluqlar və lomber hiperlordoz ümumi simptomlardır.
Spazmlar şiddətli və gözlənilməz şəkildə baş verə bilər. Bu, bəzən sümüklərin qırılması ilə belə nəticələnə bilir.
Xəstəliyin dəqiq mexanizmi aydın deyil.
SPS xəstələrində qlutamik turşu dekarboksilazaya qarşı anticisimlər aşkar edilmişdir ki, bunlar ümumi əhali arasında nadir hallarda müşahidə olunur. Bu antikorların xəstəliyin səbəbi olduğu düşünülür.
Milli.Az









Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz