Səməndər Rzayevin məzarının baxımsız olması ilə bağlı qızından AÇIQLAMA
Sosial şəbəkələrdə və yerli mediada mərhum aktyor Səməndər Rzayevin məzarının baxımsız olması ilə bağlı məlumat yayılıb.
azxeber.com "Qafqazinfo"ya istinadən xəbər verir ki, məsələ ilə bağlı aktyorun qızı Rübabə Səməndər sosial şəbəkədə açıqlama yayıb.
O bildirib ki, bunlar yalan məlumatlardır və əks olunan görüntülər montaj edilərək paylaşılıb.
R. Səməndər atasının məzarından foto paylaşaraq, - "Budur ailəmin məzarı. Görün burada baxımsızlıqdan əsər-əlamət varmı?", - deyə şərh yazıb:
"Allah bunu düzəldib paylaşanların bəlasını versin. Bu qədər şərəfsizlik olmaz. Heç nə demirəm, dünyasını dəyişmiş insanların ruhunu aşağılayan, onların varislərinin heysiyyatı ilə oynayan hər kəs mənim yaşadığımı yaşasın. Mənim kimi əzizləri yanaşı yatsın məzarda, bəlkə o zaman insafları qımıldanar. Amma inanmıram. Vicdanı, insafı, əxlaqı pul olanlar çətin dönüb insan olsun. Sadəcə Allaha tapşırıram belələrini".









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
"Eşref Tek" nə vaxt yayımlanacaq?
"Qızım babası kimi siyasətçi olacaq
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı