Şəmkirdə BİABIRÇILIQ! Ər onunla yatmayan hamilə arvadına dəhşətli işgəncə verdi

Şəmkirdə BİABIRÇILIQ! Ər onunla yatmayan hamilə arvadına dəhşətli işgəncə verdiHəyat yoldaşına işgəncə verməkdə ittiham olunan Şəmkir rayonunun Düyərli kəndində anadan olan 1990-cı il təvəllüdlü Eynur Allahverdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Eynur Allahverdiyev 2014-cü ilin noyabr ayında hamilə vəziyyətdə olan həyat yoldaşı Pərvanə ilə yaşadığı evdə ailə münasibətlərinin pozulması zəminində dalaşıb.

Hamilə olduğu üçün onunla cinsi münasibətdə olmaq istəməyən arvadını buduna qaz sobasında qızdırdığı şişlə "dağ basan" Eynur çirkin əməllərini növbəti günlər də davam etdirib.

Eynur Allahverdiyev Pərvanə ilə eyni evdə yaşasalar da, onların ər-arvad kimi münasibətləri olmayıb. Ayrı-ayrı otaqlarda gecələyən ər-arvadın arasında növbəti mübahisə 2015-ci ilin fevralın 1-də baş verib.

Eynur Allahverdiyev həmin gün axşam yenə yaşadıqları mənzildə kəndirlə Pərvanənin əllərini bağlayıb və döşəməyə yıxaraq qaz sobasının üzərində qızdırdığı qaynar suyu onun başına töküb. Bununla da Pərvanə sağ gicgah və sağ çiyinüstü nahiyənin termiki yanıqları alıb.

Fevralın 11-də Eynur Allahverdiyev yenə də gecə saatlarında həyat yoldaşına işgəncə verməyə başlayıb. O, Pərvanə Allahverdiyevanı döyərək bədənini müxtəlif nahiyələrinə çoxsaylı xəsarətlər yetirib.

Eynur Allahverdiyev növbəti dəfə həyat yoldaşına fevralın 17-də işgəncə verib.

Pərvanə Allahverdiyeva sonda Şəmkir rayon polis şöbəsinə ərizə ilə müraciət edib. O, müraciətində əri tərəfindən işgəncələrə məruz qaldığını yazıb. Tibbi ekspertiza Pərvanə Allahverdiyevanın işgəncələrə məruz qaldığını təsdiqləyib.
Eynur Allahverdiyevin barəsində Cinayət Məcəlləsinin 133.2.2-ci (aşkar surətdə hamilə vəziyyətində olan qadına işgəncə vermə) maddəsi ilə cinayət işi başlanıb.
Şəmkir rayon Məhkəməsinin hökmü ilə Eynur Allahverdiyev 2 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Eynur Allahverdiyev apelyasiya şikayəti verib. O, şikayətində həyat yoldaşına işgəncə vermədiyini qeyd edib. Bu səbəbdən barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Eynur Allahverdiyevin şikayətinə Gəncə Apelyasiya Məhkəməsində baxılıb. Hakim heyəti onun şikayətini təmin etməyib.

Bu səbəbdən Eynur Allahverdiyev kasasiya şikayəti verib. Ali Məhkəmədə, hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara görə, Eynur Allahverdiyevin kasasiya şikayəti təmin edilməyib. (teleqraf)

Xəbərlər     Baxılıb: 2121   Tarix: 07 dekabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

turlar.az

aksessuarlar hamiləlik kosmetoloq gavalinin faydasi sizanaqlara qarsi vasite ehtiraslı şəkillər ayaqqabı modelləri kosmetika kondom nedir bayatilar hakiwda hakışda qadin.az