Şəmkirdə RƏZALƏT! Evə gəldi, arvadını yad kişi ilə elə yerdə tutdu ki...

Şəmkirdə RƏZALƏT! Evə gəldi, arvadını yad kişi ilə elə yerdə tutdu ki...Qəsdən adam öldürməyə cəhd etməkdə təqsirli bilinən Şəmkir rayon sakini, 1987-ci il təvəllüdlü Mövlan Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Xanim.az xəbər verir ki, Mövlan Məmmədov 12 avqust 2015-ci il tarixdə qayınatası Könül Əliyev ilə birlikdə Samux rayonuna gedib. Daha sonra Mövlan Samux rayonunda qayınatasına məxsus avtomaşını başqa bir avtomaşınla dəyişib və həmin gün yaşadığı evə qayıdıb. Evin həyətinə daxil olanda həyat yoldaşı Nübar Əliyeva həyəcanlı halda qarşısını kəsərək onu həyətdəki istilikxanaya aparmaq istəyib.

Qisqanclıq
Həmin vaxt Mövlan Məmmədov qəflətən arxaya baxıb və bu zaman qonşusu Eynur Xəlilovun əlində qarpız hamamdan çıxdığını görüb. Mövlan Məmmədov arvadının Eynurla gizli görüşməsindən şübhələnib. Bu səbəbdən Mövlan Məmmədov Gəncə şəhərində yerləşən "Azərcell" mobil operatorunun ofisinə müraciət edib və yoldaşının işlətdiyi mobil nömrədən gedən zənglərin və SMS-lərin çıxarışını alıb.

Həmin zənglərə və SMS-lərə baxan zaman avqustun 12-də, saat 22.15-də Eynur Xəlilova məxsus mobil nömrəyə SMS getdiyini görüb. O, Eynur ilə arvadı Nübar Əliyeva arasında yaxın münasibətin mövcudluğuna əmin olub. Bu səbəbdən Mövlan Məmmədov Eynur Xəlilovu qısqanclıq zəminində qəsdən öldürmək qərarına gəlib. Mövlan Məmmədov Eynur Xəlilova zəng edərək telefonda "səni yaşatmayacağam" deyib və sonra atası Fərrux Məmmədova məxsus Şəmkir rayonu Qapanlı kəndində yerləşən evə gəlib.

O, Eynur Xəlilovun hədələnməsi barədə valideynlərinə məlumat verib. Sonra məsələni aydınlaşdırmaq məqsədilə öncə Eynur Xəlilovun atası Bəhlul, arxasınca isə anası Ziyafət Xəlilova onlara gəlib. Hər iki ailə arasında qarşılıqlı mübahisə yaranıb. Səs-küyə küçəyə çıxan Eynur Xəlilov Mövlan Məmmədovun əlində bıçaq küçəyə çıxdığını görüb. Eynur Mövlan Məmmədova yaxınlaşıb və onların arasında əlbəyaxa dava olub.
Bu zaman Mövlan Məmmədov özündə olan bıçaqla Eynur Xəlilova ardıcıl olaraq 4 zərbə vurub. Eynur Xəlilov özünü müdafiə edib, sonra Könül Əliyev, Nəhayət Şahverdiyeva və Kifayət Hüseynova onları aralayıb.

İki maddəli cinayət işi
Eynur Xəlilova vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.
Mövlan Məmmədov Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham edilib.
Mövlan Məmmədovun barəsində olan cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Faiq Mahmudovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

"Öldürmək niyyətim olmayıb"
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Mövlan Məmmədov bildirib ki, Eynuru sözlə hədələsə də, onu öldürmək niyyəti olmayıb: "Eynuru öldürmək üçün mənə heç bir şey mane olmayıb. Eynur bizim evimizdə anama, daha sonra mənə hücum edərək vurduğu üçün məcburiyyət qarşısında qalaraq bıçaqla onu vurmuşam. Etdiyim əməldən peşmanam, zərərçəkmiş tərəflə barışmışam, iki azyaşlı uşağımın olmasını nəzərə alınmasını xahiş edirəm".

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Eynur Xəlilov bildirib ki, noyabrın 9-da, saat 14 radələrində Şəmkir rayonu Qapanlı kəndində Zakir adlı şəxsin həyətində xurma qablaşdırarkən tanımadığı nömrədən bir nəfər qadın ona zəng edib və kim olduğunu soruşub: "Bəhlulun oğlu Eynur olduğumu dedim. Bu zaman zəng edən qadın dedi ki, Mövlanın bacısı Nəhayətəm, gəlirəm səni döyməyə. Nəhayətdən məndən əl çəkməsini tələb etdim. Bundan sonra yaşadığım evə getdim. Atam Bəhlula və anam Ziyafətə Nəhayətin zəng edərək mənə dediklərini danışdım. Atam sözümü ciddiyə almadı. Bildirdi ki, yəqin kimsə səninlə zarafat edir, get işinlə məşğul ol".

"Anama xəsarət yetirdiyini düşündüm"
Eynur Xəlilov qeyd edib ki, nahar etdikdən sonra təkrar Zakirin yaşadığı evə gedib: "Orda olarkən Mövlan zəng edərək "gəlirəm, səni yaşatmayacam" dedi. Mövlana "nə istəyirsən məndən, əl çək" ifadəsini işlətdim. Mövlan mənə başqa bir söz deməyib telefonu söndürdü. Təkrar evə qayıdaraq atam və anama Mövlanın mənə zəng edərək işlətdiyi cümləni dedim. Bu sözümdən sonra atam Mövlangilə getdi".

Eynur Xəlilov bildirib ki, bundan sonra Mövlangilin həyətindən danışıq səsləri gəlməyə başlayıb: "Səsə küçəyə çıxdım. Bu zaman anam Ziyafətin əli ilə üzünü tutduğunu gördüm. Kiminsə anamın üz nahiyəsindən vuraraq xəsarət yetirdiyini düşündüm".
Eynur Xəlilovun sözlərinə görə, həmin vaxt Mövlanın əlində bıçaq atasına tərəf gəldiyini görüb: "Ona görə də Mövlana tərəf getdim, ona çatanda bacısı və qardaşı atamı buraxaraq üzərimə gəldilər. Mövlan isə əlindəki bıçaqla kürək nahiyəmdən və döş qəfəsimdən vurdu.

Nəhayət isə məni Mövlandan aralayaraq yerə yıxdı. Nəhayət bədənimdən qan axdığını gördü və qorxaraq "Ay Allah, Mövlan Eynuru bıçaqlayıb" dedi. Bu zaman onların hamısı qaçaraq həyətə girdilər".
Zərərçəkmiş ifadəsinin sonunda valideynləri tərəfindən xəstəxanaya çatdırılmasından, vaxtında tibbi yardım göstərildiyi üçün həyatının xilas edilməsindən, həmçinin təqsirləndirilən şəxsin həyat yoldaşı ilə münasibətinin olmamasından danışıb.

8 il cəza

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mövlan Məmmədov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Mövlan Məmmədov apelyasiya şikayəti verib. O, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini, cəzasının şərti hesab edilməsini istəyib.

Mövlan Məmmədovun şikayəti Gəncə Apelyasiya Məhkəməsində araşdırılıb. Hakim Elçin Xasməmmədovun sədrliyi ilə keçirilən prosesdə Mövlan Məmmədovun apelyasiya şikayətinin dəlilləri araşdırılıb.
Sonda hakim kollegiyası Mövlan Məmmədovun apelyasiya şikayətini təmin etməyib və birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb. (teleqraf.com)

Xəbərlər     Baxılıb: 4500   Tarix: 07 fevral 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

turlar.az

geyim şəkilləri geyim necə seçməli qadın geyimi psixoloq meslehetleri hamilelikde qidalanma dil haqqında aforizmlər paxla cigirtmasi kosmetika vetene aid bayati gözəllik pizza novruz bayramina aid hakışta