Sən həmişə mənim balaca bacım olaraq qalacaqsan' - Fatimənin xınası oldu
"Son bir neçə ay həyatım sanki bir film kimi keçdi… Hər anı başqa bir duyğu, başqa bir xatirə oldu. Bacımın əvvəl hərisi, sonra nişanı, Milanamla keçirdiyimiz o gözəl gün, dünən bacımın xınası və indi sayılı günlər qalıb toyuna".
azxeber.com xəbər verir ki, bu sözləri sosial şəbəkə hesabında aparıcı-prodüser Tarix Əliyev yazıb.
O, bacısının toyuna sayılı günlər qaldığını deyərək həyəcanını dilə gətirib:
"Hər şey o qədər tez baş verdi ki, bəzən dayanıb sadəcə baxmaq, bu anların qiymətini hiss etmək istədim. Bu müddətdə ətrafımdakı insanları daha yaxşı tanıdım, kim yanımdadır, kim ürəkdən sevinir - hamısını gördüm. Allah hər kəsə belə gözəl günlər qismət eləsin. Hər evə sevinc, hər ocağa xoşbəxtlik nəsib olsun.
Bacım… sən həmişə mənim balaca bacım olaraq qalacaqsan. Səni bu qədər xoşbəxt görmək mənim üçün dünyanın ən gözəl hissidir. Və ürəyim rahatdır… çünki bilirəm ki, mən sənə layiq bir qardaş olmağa çalışdım".
Aysel









Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qaravəllilər
Arzuolunmaz hamiləlik
Mehriban Xanlarova buna görə verilişlərə getmir
100% görmə əngəlli olsanız belə, bu implantla görəcəksiniz - İlon Maks açıqladı
Nərmin Kərimbəyova Türküstandakı konsertdə anşlaqla qarşılandı
Qəhvəni bu saatda için
Göz quruluğunun səbəbi bəlli oldu