"Səsim batsa, ev təmizləyib pul qazanaram" - Yeganə
Müğənni Yeganə Mürsəlova sosial şəbəkədə ünvanına tənqid yazanlardan gileylənib.
Axşam.az-ın məlumatına görə, sənətçi "Bizimləsən" verilişində bildirib ki, son günlər İnstaqramını da özü idarə etmir:
"Köməkçimə vermişəm idarə etsin. Bunu yazanlar işsiz-gücsüz insanlardır. Yalandan deyirlər ki, iş yoxdur. Çalışana, hər yerdə iş var. Səsim batsa, gedib kiminsə evini təmizləyərəm, pul qazanaram, balamı saxlayaram. Bunu özümə eyib bilmərəm. Evimi də özüm təmizləyirəm, bazara da özüm gedirəm. Bunu mənim yerimə kimsə etməyəcək ki...
Bu yaxınlarda mağazaya getdim, uşaqlar yaxınlaşdı kömək etməyə. Gördüm müştəri çoxdur, dedim, özüm edərəm. Bir yaşlı qadın deyir, "Özün əl vuracaqsan, özün niyə edirsən?". Deyirəm, satıcı adam deyil, o əl vura bilər biz yox? İnsanlarda insanlıq qalmayıb".
f Paylaş








Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin