Sevda ilə Lətifə arasında QALMAQAL - VİDEO
Müğəni Lətifə Soyuöz həmkarı Sevda Yahyayeva ilə aralarında olan inciklikdən danışıb.
Axşam.az-ın məlumatına görə, "APA TV"-nin "Show time" verilişinə qonaq olan sənətçi bildirib ki, Sevda ona qarşı düzgün addım atmayıb:
"Şou-biznesdə elə bil yeni dəb var, məşhurlar sosial şəbəkədə izlədiyi şəxslərin sayını sıfıra endirir. Bu da mənə çatmır. Bizim yerli ulduzlarımızdan fərqli olaraq Madonna, Beyons öz dostlarını, həmkarlarını izləyirlər (gülür). Bizdə bu kompleks, eqo var. Bu da mənə çatmır. Mənim həyata baxışım tamam başqadır.
Əslində Sevdayla heç bir problemim olmayıb. Onsuz da biz gec-gec rastlaşan həmkarlarıq. Amma Novruz bayramının çəkilişində qarşılaşdıq, şəkil çəkdirdik. Daha sonra o məni, mən onu İnstaqramda izləməyə başladıq. Sonra gördüm ki, məni izləmədən silib.
İndi xüsusi proqramlar var, hər şeyi bilmək olur. O məni izləmədən siləndən sonra mən də sildim. Bütün bunlar önəmsizdir. Mənə yaxın olan insanların hərəkəti məni incidə bilər, Sevdanın yox".
f Paylaş








Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin