Sevdiyim adamın ölümü ilə barışa bilmirəm, nə etməliyəm?

Sevdiyim adamın ölümü ilə barışa bilmirəm, nə etməliyəm?Sual:

Salam.

1,5 ay əvvəl sevdiyim insanı itirmişəm. Onun 38 yaşı vardı. Əməliyyat zamanı xəstəxanada vəfat etdiyindən onunla vidalaşa da bilmədim. Məni onun məzarını da ziyarət edə bilmirəm, çünki buna tab gətirməyəcəyimi bilirəm. Ölümündən sonra onu 3 dəfə yuxuda görmüşəm. Bəlkə də bu onu hər zaman düşündüyümə görədir. Bəlkə ola da bilər ki, o mənim nə çəkdiyimi bilir. Bu çətinliklə necə mübarizə aparacağımı bilmirəm.

Fikirləşirəm ki, mən bunun öhdəsindən gələ bilmirəm, sadəcə, bu dərdi öz içimdə boğmağa çalışıram. Bilirəm ki, mən o insanı buraxmalıyam, mən onun üçün narahat olduqca, ağladıqca, orda ona bu əziyyətin on misli qədər ağır olur. Yaşamağa çalışıram, amma nə edəcəyimi bilmirəm.

Fikrimdə onunla danışıram, onunla dərdlərimi bölüşürəm. Anam deyir ki, mən onu rahat buraxmalıyam. Mən insanların ölümdən sonra ruhları ilə nə baş verdiyi və onların bizi duymaları haqqında çox oxumuşam. Mənə elə gəlir ki, bu dəhşətli yuxudur. Səhər açılacaq, yuxudan oyanacağam və onun səsini eşidəcəyəm.
O, dindar adam idi. Biz tez-tez dindən danışardıq. Mən heç nə başa düşmürəm, heç nəyi qəbul edə bilmirəm. Mənə yol göstərməyinizi xahiş edirəm.

Cavab:

Rəhimli və mərhəmətli Allaha şükürlər olsun!

Biz hamımız Allaha tərəf qayıdacağıq. Dərdinizə şərikəm. Yaxın adamını itirmək həmişə ağırdır. Peyğəmbərimiz Həzrəti Mühəmmədin (s)sözləri ilə desək ər-arvadı üçün xüsusi bir insandır. Evlilik zamanı qadın kişinin sözünün, işinin davamına çevrilir, qadın onun üçün övladlar dünyaya gətirir, kişi bu dünyada qadının dayağı və müdafiəçisi olur.

Ərini itirmiş qadın isə həyatındakı tarazlığı itirir. O, titrəyən, öz yerini itirən və soyuq havada uçuşan payız yarpaqlarına bənzəyir. Bundan əlavə biz öz dümyamıza, xasiyyətimizə uyğun həyat yoldaşı seçirik, buna görə də həmin insan bizim üçün xüsusilə əzizdir.

Amma bir dindar qadın olaraq siz yadda saxlamalısınız ki, biz hamımız bu dünyada qonağıq və bu dünyada bizə bəxş olunan zamana qədər qalmalıyıq. Bizim yaxınlarımız: valideyinlərimiz, övladlarımız, həyat yoldaşımız Allahın təyin etdiyi vaxta qədər bizim yanımızda olacaq, sonra isə Onun dərgahına gedəcəklər.
Bütün bunlarda Yaradanın hikməti var. Biz qəlbimizi bütünlükdə dünya həyatına bağlamamalı və kimisə imanımızdan yayındıracaq qədər çox sevməməliyik. Bu sevgi bizi imanımızdan uzaqlaşdırmamalıdır.

Sizin vəziyyətinizi anlayırıq. Siz yenidən sosial cəhətdən mıhkəmlənməli və yanında olmağa adət etdiyiniz həyat yoldaşınızdan ayrı həyat tərzinə alışmalısınız.
Bu qadın üçün ağır və əziyyətlidir. Bundan əlavə qadın ictimai həyatda kişilərə nisbətən emosional cəhətdən daha az aktivdirlər.

İndiki vəziyyətdə sizə keçmiş və hətta gələcək haqda düşüncələrrdən də uzaqlaşmaq məsləhətdir. Allahın qisməti ilə barışın. Müqəddəs Quranda, Əl-Bəqərə surəsinin, 155-157-ci ayələrində deyildiyi kimi yaxın adamın itkisi ilə Allah sizi sınağa çəkir. Allahın təqdiri ilə razılaşmamaq sizin imanınız üçün təhlükəlidir.

Allahın rəsulu hədislələrində "gözəl səbr", "şikayətlənmədən səbr" barədə buyurub. Bunun üçün sizə mükafat vəd olunub və bunu dərk edərək siz baş verənləri mümkün qədər sakit qəbul etməyə çalışacaqsınız. Allah bizim cənnətə Onun razılığını qazanaraq daxil olmağımızı arzulayır.

Onun məzarına gedib, sakitcə ağlamağı özünüzə qadağan etməyin. Əksinə bu, dünya həyatının ötəri olduğu və Qiyamət Günü bizi nə gözlədiyini dərk etməyə kömək edəcək. Bu haqda düşünsəniz dünya həyatının problemləri sizin üçün asanlaşacaq. Siz yaxşı işlər görməyə, Tanrının razılığını qazanmağa çalışacaqsınız.

Allahı gözəl adları ilə xatırlayın. Allaha Onun gözəl adları ilə müraciət edərək istəyin. Dindar qadınlarla ünsiyyətdə olun. Qohumlarınızı ziyarət edin, gəzməyə çıxın. Təmiz hava əhvalınıza yaxşı təsir edəcək. Yaxşı qidalanın.

Özünüzə faydalı məşğuliyyət tapın: idman, biçmə-tikmə, klunariya və s. məşğul olun. İslam dini haqqında biliklərinizi zənginləşdirin. Bütün bunlar üçün isə Allaha şükr edin. Bir sözlə, sağlam, aktiv və düzgün həyat tərzi keçirin. Bu sizi lazımsız və ağır fikirlərdən xilas edəcək, adət etdiyiniz həyatdan yeni həyata keçməyinizə kömək edəcək. Bircə özünüzə qapanmayın. Bu sizi bataqlığa sala bilər.

Özünüzə və həyat yoldaşınızın ruhuna dualar edin. Din bilicilərindən hansı əməlləri etməklə ona kömək edə biləcəyinizi öyrənin. Çünki, sizin vəfat etmiş əriniz üçün Qiyamət günü "baş verib". Ağlayın, amma bu sizi imanınızdan uzaqlaşdırmasın. Pozitiv düşünməyə çalışın və baş verənlərdən dərs götürün.
Sizin qəlbinizə dinclik arzulayıram. Tanrı özü sizə əzablarınızı yüngülləşdirməyə kömək etsin.
/İslam-Today/

Ailə və Uşaq     Baxılıb: 3427   Tarix: 09 oktyabr 2015
f Paylaş

Oxşar xəbərlər

.

Uşaqlar kababdan niyə imtina edir? - GİZLİN SƏBƏBLƏRİ VARMIŞ

Azərbaycanda uşaqların müxtəlif kabab yeməmələrinin səbəbi, görəsən nədir?. Sağlamolun.az bunu araşdırıb. Məlum olub ki, uşaqlar bu səbəblərə görə kabab yeməkdən imtina edə bilər:. Dad üstünlükləri: Uşaqlar müxtəlif dad üstünlüklərin

.

4 aylıq körpənin inkişafı

4 aylıq uşağın inkişafında nəzərəçarpacaq dəyişikliklər müşahidə edilir. Onun yeni hərəkətləri artıq mənimsənilmiş olur. bildirir ki, körpənin emosional-psixoloji sahə formalaşmağa davam edir, balaca ətraf aləmi fəal öyrəni

.

Böyrəklərdən qaraciyərə... Vitamin artıqlığı ciddi zərər verə bilər

"Vitamin çatışmazlığı qədər vitamin artıqlığı da orqanizmə ciddi zərərələr vura bilər". Bunu uşaq sağlamlığı və xəstəlikləri mütəxəssisi Dr. İhsan Şehla məlumat verib. "Həkim göstərişi olmadan, orqanizmə lazımsı

.

Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU

Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayaq. Uşağın cinsini əvvəldən müəyyən etmək üçün internetdə bir neçə cədvəl var. Bunlardan ən çox yayılanı yüz illərdir istifadə olunan "Çin təqvimi"dir. Bu təqvim ananı

.

Övladlarınızı ANA SÜDÜndən məhrum etməyin

Körpələrin təbiətin onlara bəxş etdiyi ən qiymətli qida olan ana südü ilə qidalandırılmasının çox önəmli olduğu sübut edilmişdir. Ana südünün əsas xüsusiyyətlərindən biri uşağın yaşından və vəziyyətindən asılı olaraq dəyişilməsidir:

.

Həyatının 1-ci ayında körpənin inkişafı

Həyatının ilk ayı ərzində körpə mövcudluğunu yeni şəraitə öyrəşdirməli, həyatın yeni qaydalarına uyğunlaşmalıdır. Bu ay ərzində o hiss etmədən çox şey öyrənmiş və artıq çox şey bacarmış olur. Yeni doğulmuş körpələrin özəllikləri

.

Körpəni yatıranda çox yelləməyin, beyinə qan sıza bilər - NEVROLOQ

Uşaqları yelləyərək yatırtmaq düzgündürmü? Bunun zərərli tərəfləri varmı? valideynləri maraqlandıran bu suala cavab tapmağa çalışıb. Uşağı yatırtmaq üçün ayaqda, adeyal və ya beşikdə yelləmək üsullarından istifadə edilir

.

9 aylıq uşağın inkişafı

9 aylıq inkişaf dövrü – bir çox körpələr üçün iməkləmədən, ayaq üstə durmağa, gəzməyə çalışma dövrü hesab olunur. bildirir ki, bəzi körpələr isə iməkləmədən də gəzə bilir. Bu da normal hal hesab olunur. - 9 aylıq körpəni

.

Ata-uşaq münasibəti: Özgüvəni artırır, şəxsiyyəti formalaşdırır

Uşağın inkişafında analarla yanaşı ataların da rolu böyükdür. Bununla əlaqədar psixiatriya mütəxəssisi Dos. Dr. Serhat Tunç məlumat verib. Güclü ata-övlad ünsiyyəti olan uşaqların müsbət şəxsiyyət xüsusiyyətlərini inkişa

turlar.az

toy gecesi maskalar hamilelikde qidalanma balıqlar bürcü cins salvarlar facebook toyuq yeməkləri əli əmirli kosmetika novruz bayramina aid hakisdalar xerçeng efsane dieta