Analizə gedənlər bunu mütləq bilməlidir, yoxsa cavablar səhv çıxa bilər

Analizə gedənlər bunu mütləq bilməlidir, yoxsa cavablar səhv çıxa bilərVitamin və bioloji aktiv qida əlavələri xəstəliklərin düzgün diaqnozuna və müalicəyə mane olur.
Milli.Az xəbər verir ki, bunu rusiyalı terapevt Olqa Çistik bildirib.
"Ən çox dəmir, D vitamini və biotin qəbul edən insanlarda analizlərdə yanlış nəticələr müşahidə olunur. Əgər analizdən bir gün əvvəl dəmir tableti qəbul etsəniz, qanda dəmirin səviyyəsi süni şəkildə yüksələcək, halbuki orqanizmdə ehtiyat az qala bilər. Biotin isə qalxanabənzər vəz hormonları ilə bağlı analizlərə mane olur və nəticədə Həkimlər səhv diaqnoz qoya bilərlər", - deyə Çistik bildirib.
Həkim əlavə edib ki, omeqa-3, kurkumin və C vitamini orqanizmdə iltihabı göstərən C-reaktiv zülalın səviyyəsini müvəqqəti azaldır. Bu zaman xəstəlik qalır, amma analizlər "sağlam" nəticə göstərir.
Bəzi bitki tərkibli əlavələr, məsələn, yaşıl çay ekstraktı qaraciyər fermentlərini artıraraq orada problem varmış kimi görüntü yaradır.
Çistik vurğulayıb ki, vitaminlərin həddindən artıq qəbulu zərərlidir. D vitamini normadan çox olduqda böyrəklərdə daş əmələ gətirə bilər. A vitamini artıq qəbul edildikdə dərinin qurumasına, saçın tökülməsinə və sümük ağrılarına səbəb olur. Yodun çoxluğu qalxanabənzər vəzinin fəaliyyətini pozur.
Xüsusilə böyrək, qalxanabənzər vəz, həzm orqanları və safra yolları xəstəlikləri olanlar, eləcə də hamilələr və yaşlılar bu əlavələri ehtiyatla qəbul etməlidirlər.
Dəqiq nəticə üçün həkim məsləhət görür:
Dəmir tabletlərini analizdən 1 gün əvvəl qəbul etməyin.
Biotin qəbulunu 8-72 saat əvvəl dayandırın.
Kalsium və maqneziumu analiz günü səhər içməyin.
Bitki mənşəli əlavələri 1-2 həftə öncə dayandırın.
Bundan əlavə, bəzi maddələr bir-birinin təsirini azaldır:
Kalsium dəmirin mənimsənilməsini azaldır.
Sink misin mənimsənilməsinə mane olur.
Kalsium, dəmir və maqnezium qalxanabənzər vəz dərmanlarının təsirini zəiflədir.
Həkim məsləhət görür ki, bütün qəbul edilən vitamin və əlavələr barədə mütləq həkimə məlumat verilməlidir, əks halda analizlər yanıltıcı ola bilər.
İsmayıl
Milli.Az

Xəbərlər     Baxılıb: 1309   Tarix: 29 oktyabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

turlar.az

yaz geyimleri 2026 makiyaj etmek qaydalari geyim şəkilləri hamileliyin ilk elameti pehriz xiyar turşusunun hazırlanması qadin.az kosmetika suni mayalanma novruz hakistalari novruz bayramina aid hakistalar ağır itki vətən haqqında bayatılar