Sevginin bitməməsi üçün 10 TÖVSİYƏ

Sevginin bitməməsi üçün 10 TÖVSİYƏFikir ayrılıqları nə qədər olursa-olsun sağlam bir münasibət qurmaq üçün onun nizamlı və uzunmüddətli olması şərtdir. Xanim.az lent.az-a istinadən sağlam sevgi münasibəti üçün lazım olan 10 məqamı diqqətinizə çatdırır.

1. Paylaşmaq: münasibət ilk növbədə paylaşmaq deməkdir. Sağlam münasibətin əhəmiyyətli məqamlarından biri də duyğu və düşüncələrin paylaşılmasıdır.

2. Əvvəlcə özünüzlə barışın: Sağlam münasibət iki sağlam fərdlə reallaşır. Bu səbəbdən də xoşbəxtliyi əvvəl öz içinizdə tapın və özünüzlə barışın.

3. Keçmişi unudun: Əvvəlki münasibətləri keçmişdə qoyun, ittiham etməyin və problem halına gətirməyin. Unutmayın ki, münasibət keçmişə deyil, gələcəyə doğru inşa edilir.

4. Ortaq maraq sahələri yaradın: Ortaq maraq sahələri müsbət və əyləncəli münasibətin meydana gəlməsini dəstəkləyir.

5. Münasibətinizi xarici faktorlardan qoruyun: Üçüncü şəxslərin, bu insanlar ailə üzvləriniz olsa belə, münasibətlərinizə mənfi təsir etməsinə icazə verməyin. Heç kim sizin həqiqətən nəyə ehtiyacınız olduğunu və nəyə dəyər verdiyinizi sizdən yaxşı qiymətləndirə bilməz.

6. İşinizi münasibətdən üstün tutmayın: İş günü sona çatdıqda işiniz tamamilə iş yerində qalmalıdır.

7. Küsməyin: Mübahisə etsəniz belə, heç bir zaman tamamilə kəsməyin.

8. Fərqlilikləriniz münasibətinizi zənginləşdirir: Hər mövzuda mükəmməl bir uyğunlaşma gözləməyin. Fərqliliklərə baxmayaraq, ona dəyər verdiyinizi göstərməniz sağlam münasibətin əsasını təşkil edir.

9. Qısqanclıq tələsinə düşməyin: Həddindən artıq qısqanclıqdan uzaq durun. "Sevən insan qısqanar" tələsinə düşməyin. Həddindən artıq qısqanclıq, şübhələr, etibarsızlıq varsa, bunu ona bildirin. Həll edə bilməsəniz, mütəxəssislərdən professional dəstək alın. Lazım olsa birlikdə kurs keçin.

10. Yaxşı dinləyici olun: Yaxşı münasibətin yolu ünsiyyətdən keçir. Yaxşı dinləyici olun. Onunla razı olmasanız da, fikirlərinə hörmət edin və sonuna qədər dinləyin. Söyləmək istədiyinizi dolayı yollarla yox, birbaşa formada ifadə edin.

Xəbərlər     Baxılıb: 1468   Tarix: 02 mart 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Zərərli bildiyiniz bu qidalar əslində faydalıdır - Popkorn, makaron

Bəzi qidalar uzun müddətdir ki, "sağlam olmayan" kimi təsnif edilsə də, onların qida tərkibinin araşdırılması fərqli bir reallığı ortaya qoyur. Düzgün bişirmə üsulları və nəzarətli istehlak ilə bu qidalar bədə

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Bu dərmanlar qarın ağrısı yarada bilərlər

Qarın ağrısı və ishal hər zaman qida zəhərlənməsi demək deyil. Bəzən səbəb tam gözlənilməz ola bilər.  xəbər verir ki, qastroenteroloq Kristin Li bildirib ki, bu cür narahatlıqlar bəzi vitamin və mineral əlavələrinin qəbul

.

Hansı faktorlar xərçəng riskini daha çox artırır?

Bir çox insan düşünür ki, onkoloji xəstəliklər əsasən texniki inkişafın mənfi nəticəsidir. Cəmiyyətdə belə bir təsəvvür formalaşıb ki, guya keçmiş dövrlər daha təmiz olub, plastik və zərərli qazlar mövcud olmayıb və insanla

.

Gündəlik istifadə etdiyimiz kassa çekləri görün necə TƏHLÜKƏLİ İMİŞ

Kassa çekləri sağlamlıq üçün təhlükəlidir. xəbər verir ki, bu kağızların tərkibində olan Bisfenol A maddəsi qısa müddətdə dəriyə nüfuz edərək hormonal disbalans, sonsuzluq, piylənmə və hətta xərçəng kimi xəstəliklərə səbə

.

Ürək tutması, yoxsa panik atak? - Oxşar əlamətlər, təhlükəli nəticələr

Sinədə qəfil təzyiq, sürətlənən ürək döyüntüsü və nəfəs almaqda çətinlik. Bu əlamətlər bir çox insanda ciddi narahatlıq yaradır və "ürək tutmasıdır, yoxsa panik atak?" sualını gündəmə gətirir. Türkiyə mətbuatın

.

Bu yuma rejimlərindən uzaq durun - Paltarlara zərər verir

Müasir paltaryuyan maşınlar müxtəlif proqramlarla təchiz olunsa da, onların hamısı gündəlik istifadə üçün uyğun deyil. Bəzi rejimlər effektiv görünsə də, əslində paltarların keyfiyyətini aşağı salır və ömrünü qısaldır. xəbə

.

5 ədəd badam yeyib idman et, gör NƏ OLUR

Gündə 5 qoz-fındıq yemək məşqin yağ yandırma təsirini artırır. Qoz-fındıq həmçinin intensiv məşqdən sonra gərginliyi və ağrını azalda bilər.  xəbər verir ki, bunu diyetoloq Vasilisa Ponomaryova yeni elmi araşdırmadan danışarkə

.

Stresi saniyələr içində yox edən MƏŞQLƏR

Beynəlxalq balet və dartınma studiyaları şəbəkəsi "LEVITA"nın baş məşqçisi Akulina Baxturina stresi dərhal aradan qaldıran ən effektiv məşqləri açıqlayıb. -a istinadən xəbər verir ki, mütəxəssis bu barədə "

turlar.az

toy makiyaji sekilleri qadin sayti geyim şəkilləri sağlam qida yay paltarları 2026 tüklərin təmizlənməsi qarindaki yaglari eritmek kosmetika dolca novruz bayramina aid sağlamlığın sirleri vətən haqqında atalar sözləri gözəllik