"Şəxsi həyat, faciəvi ölüm, tənhalıq" - yerli məşhurların efirdən uzaq düşmə səbəbləri - SİYAHI

"Şəxsi həyat, faciəvi ölüm, tənhalıq" - yerli məşhurların efirdən uzaq düşmə səbəbləri - SİYAHIAzərbaycan incəsənətində bir çox sənətkarlar var ki, müəyyən səbəblərə görə uzun müddətdir efirlərə çıxmırlar. Onların bəziləri şəxsi həyatlarındakı uğursuzluqlara görə, bəziləri isə yaşadıqları həyat tərzinə görə efirlərdən uzaq düşüb.

Milli.az bununla bağlı siyahını sizə təqdim edir:

1. Xalq artisti Zemfira Nərimanova - gözəl aktrisa Sovet illərində çəkilən bir çox film və televiziya tamaşalarındakı rolları ilə tanınıb. Aktrisa demək olar ki, sonuncu dəfə efirə elə Sovet dövründə çıxıb. Zemfira Nərimanova son illər çəkilən ekran işlərində də rol almır.

2. Xalq artisti Səidə Quliyeva - Səidə xanım nəinki efirlərdən qaçır, o heç yazılı mətbuata da müsahibə vermir. Bir övlad anası olan aktrisa hal-hazırda övladının təhsili ilə maraqlanır.

3. Xalq artisti Səfurə İbrahimova - Teatr və kino aktrisası kimi məşhurlaşan Səfurə xanım demək olar ki, efirlərə heç çıxmır. Şəxsi həyatında yaşadığı bir çox uğursuzluqlar aktrisanı tənhalığa qapanmağa vadar edib. Səfurə xanım sonuncu dəfə "10-dan sonra" və "Elin gözü" verilişlərinin müxbirlərinə qapını açaraq, bir çox etiraflar edib.

4. Xalq artisti Elmir Rəhimova - Xəstəliyinə görə uzun müddətdir efirlərdən uzaq düşən məşhur müğənni bu günlərdə "Həyat" verilişinə müsahibə verib. Müğənni müsahibəsində nəvəsinin də ağır xəstəlikdən əziyyət çəkdiyini bildirib.

5. Xalq artisti Zərnigar Ağakişiyeva - Tənhalığa qapanan aktrisa demək olar ki, qapısını heç kimə açmır. Sevənlərinin gözünü yolda qoyan aktrisadan tamaşaçıları yazılı mətbuat vasitəsilə məlumat alır.

6. Əməkdar artist Lətifə Əliyeva - Sevilən aktrisanın hal-hazırda nə səhhəti, nə də maddi durumu ürəkaçandır. Aktrisa müsahibələrində əlil övladına da təkbaşına baxdığını bildirib. Elə bütün bu səbəblər onun tamaşaçılarla görüşünə sədd çəkib.

7. Xalq artisti Kamil Cəlilov - Tanınmış qaboy ifaçısı efirlərdən uzaq düşməsinin səbəbini isə telekanal rəhbərlərində görür. Belə ki, o müsahibələrində dəfələrlə efirlərə dəvət olunmamasından şikayətlənib.

8. Xalq artisti Xumar Zülfüqarova - SSRİ-nin ən məşhur rəqqasəsi Xumar Zülfüqarovadan uzun müddətdir xəbər yoxdur. Milli.Az-ın əldə etdiyi məlumata görə, 90 yaşlı aktrisa hal-hazırda ev şəraitində müalicə alır.

9. Xalq artisti, diktor Roza Tağıyeva - AzTV-nin böyük diktoru olan Roza Tağıyeva da sevənlərinin gözünü yolda qoyub. Yaşadığı faciədən sonra efirlərə ümumiyyətlə çıxmayan məşhur uzun müddətdir mətbuatla əlaqəsini kəsib. Qeyd edək ki, diktorun oğlunu hamamda faciəvi şəkildə öldürmüşdülər.

10. Xalq artisti Yalçın Rzazadə - Digərlərindən fərqli olaraq Yalçın Rzazadə efirlərdən küsməyib. Məşhur müğənni son illər xəstəlikdən əziyyət çəkdiyindən efirlərdə görünmür.

Xəbərlər     Baxılıb: 3275   Tarix: 05 iyul 2017
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

turlar.az

geyim seçimi reseptler toy makiyajlari maskalar saç üçün spiral kokeldirmi qrip və soyuqdəymə sellulit kosmetika faydalı məsləhətlər hakistalar uşaq şeirləri damla dovsan