Sidikçıxarıcı yolların infeksiyalarında bitki preparatlarının rolu

Sidikçıxarıcı yolların infeksiyalarında bitki preparatlarının roluSidikçıxarıcı yolların infeksiyası (SYİ) sidik sisteminin hər bir üzvində - böyrək, sidik axarı kanalı, sidik kisəsi və sidik kanalında olan infeksiyadır. SYİ infeksion xəstələnmə strukturunda respirator infeksiyalardan sonra ikinci yeri tutur. İnfeksiyaların əksəriyyəti aşağı sidik yollarını - sidik kisəsi və sidik kanalını əhatə edir. SYİ milyonlarla insanın sağlamlığı üçün ciddi problem təşkil edir. Hər il Qərbi Avropada 10 milyondan artıq SYİ halı qeydə alınır. SYİ zamanı infeksiya residivlərinin yüksək səviyyəsi qeydə alınır ki, bu da tez-tez kəskinləşmələrlə xroniki xarakter alır.
SYİ əsas səbəbləri. Sidikçıxarıcı sistemin infeksiyalarına qadınlarda daha tez-tez rast gəlinir. Bu qadın sidikçıxarıcı sistemin xüsusiyyətləri ilə əlaqədardır. Qadınlarda sisikçıxarıcı kanal qısa olduğundan, infeksiyanın inkişaf etdiyi sidik kisəsinə bakteriyanın yolu qısalır. Sidikçıxarı sistemin infeksiyasının daha yayılmış törədicisi bağırsaq çöpüdür. Bəzən iltihabi prosesi xlamidiya, streptokokk, enterokokk, klebsiella, protey və digərlər törədicilər yarada bilər.
SYİ formaları və əlamətləri. Uretranın iltihabı zamanı uretrit, sidik kisəsinin iltihabında sistit, infeksiya böyrəkləri əhatə etdikdə pielonefrit qeydə alınır. Sidikçıxarıcı yolların infeksiyalarının əlamət və təzahürlərinə güclü, daimi sidiyə getmə istəyi, sidiyin xarix olunması zamanı yanğı hissi, sidiyin bulanıq olması aiddir.
SYİ əsas ağırlaşmaları. Bunlara aiddir: təkrarlanan, xüsusən qadınlarda infeksiya; müalicə olunmadıqda böyrəklərin kəskin və ya xroniki infeksiyası (pielonefrit); aşağı bədən çəkili uşaqların doğuşunun yüksək riski; kişilərdə təkrarlanan uretrit sonrası uretranın daralması.
SYİ müalicəsi və profilaktikası. Bəzən antibiotiklərin hüceyrədaxili konsentrasiyası bakterisid konsentrasiya yaratmaq üçün kifayət etmədiyindən antibakterial müalicə effektli olmur. Uropatogenlərin persistə dövründə fitoterapvtik preparatlar xüsusi rol oynayır. Son illərdə uroloji təcrübədə təbii mənşəli bitki preparatları geniş istifadə olunur. Dərman bitkilərinin istifadəsinin effektivliyi tək təcrübi yolla deyil, elmi əsaslandırılmış biokimyəvi və bioloji üsulların köməyilə sübut edilmişdir. Bununla yanaşı onların digər cəlbedici xüsusiyyəti ağırlaşma və xoşagəlməz əlavə təsirlərin inkişaf riskinin aşağı olmasıdır. Təbbi vasitələr əsasən sidikçıxarıcı yollara antiseptik, spazmolitik, iltihabəleyhinə təsir göstərirlər, böyrək qan dövranını yaxşılaşdırır və kapilyarların keçiriciliyini azaldırlar, diuretik təsirə malikdirlər, böyrəklərin funksiyasını yaxşılaşdırırlar, antibakterial müalicənin effektini artırırlar.
Materialda əks olunmuş məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir. Materiallardan istifadə olunduqda www.aptekonline.az saytına istinad olunma mütləqdir.
Oxuduğunuz məqalənin əsas mövzusu olan xəstəliyə qarşı, eləcə də digər xəstəliklərə qarşı effektiv və güclü mübarizə aparmaq üçün keyfiyyətli, təbii dərman vasitələri, kosmetoloji vasitələr, gigiyena və təmizlik vasitələri, uşaq qidaları və tibbi ləvazimatlar üçün 24 saat operativ xidmət   göstərən *7700 - təcili dərman çatdırılma xidmətinə müraciət edə bilərsiniz.
Sifariş üçün:
+99455 251 77 00 (Whatsapp) nömrəsinə yaza və ya *7700 nömrəsinə zəng edə bilərsiniz.
Çatdırılma ÖDƏNİŞSİZDİR. /news.milli.az

Xəbərlər     Baxılıb: 2285   Tarix: 13 noyabr 2019
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

turlar.az

geyim dəbləri aksessuarlar geymler 2026 gecəliklər elm haqqinda atalar sözləri qanda viruslar sudun terkibi kosmetika ikizler maraqli hakistalar laylalar aybawi sevda