Sinə və süd vəziləri ağrıyır – Nə etməli?
Qadınlarda süd vəziləri hormonal problemlərdən tutmuş sıxıcı büstqalterə kimni çox səbəbdən diskomfort və ağrı verə bilər.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, ginekoloq Tatyana Anatolyevna sinədə ağrılarla necə mübarizə aparmaqdan danışıb:
"Süd vəzilərində daha çox mastodiniya adlanan ağrı olur. Onun səbəbi mastopatiya, hormonal proseslər, ostexondroz, düyünlər və s. ola bilər.
Eləcə də qadınlarda menstruasiya öncəsi süd vəzilərində dəyişiklik olduğu üçün müvəqqəti ağrılar olur. Eləcə də hətta ailə qurmayan və uşaq əmizdirməyən qadınlarda mastit ola bilər.
50% hallarda düzgün seçilməyən büstqalter daimi prozaik ağrılara səbəb olur.
Nə etməli: ağrıların xarakterini tapmalı. Əgər menstruasiya öncəsi olarsa, hormonlar yoxlanmalı, tsiklə 10 gün qalmış ağır iş, idman, zərərli qidalanmadan uzaq durmalı, su az içilməlidir.
Əlbəttə ki, kürək, sinə, süd vəzi ölçülərinə uyğun rahat büstqalter seçməlisiz.
Adətən mastopatiya ağrılarında transdermal gel, A, E, D vitaminləri təyin edilir".
Milli.Az









İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi