Sinənizdə bu əlamətlər varsa, mütləq həkimə gedin - Onkoloq xəbərdarlıq etdi

Sinənizdə bu əlamətlər varsa, mütləq həkimə gedin - Onkoloq xəbərdarlıq etdiÜmumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə hər il dünyada 2 milyondan çox qadına döş xərçəngi diaqnozu qoyulur. Bu xəstəlik qadınlar arasında ən çox rast gəlinən onkoloji problem olaraq birinci yerdədir və getdikcə "cavanlaşır". Əgər əvvəllər əsasən 50 yaşdan yuxarı qadınlarda aşkarlanırdısa, indi 30 yaşlı gənc qadınlarda, hətta yeniyetmələrdə belə rast gəlinir.
Milli.Az xəbər verir ki, "gazeta"-ya açıqlama verən "SM-Klinika"nın onkoloq-mammoloqu Maqomed Sulimanov döş xərçənginin əsas əlamətlərini sadalayıb.
Həkimin sözlərinə görə, ən çox rast gəlinən simptom döşdə sərtlik və ya hər hansı bir düyünün yaranmasıdır. Bu cür dəyişiklik aşkar edilərsə, dərhal həkimə müraciət olunmalıdır. Qadınların çoxu belə halları əvvəl aşkarlanmış kistlərlə əlaqələndirərək əhəmiyyət vermir, amma bu, təhlükəli yanaşmadır.
Digər əlamət döşün formasında dəyişiklikdir. Xəstəlik nəticəsində döşlər arasında asimmetriya yaranır, biri digəri ilə müqayisədə daha böyük və ya kiçik görünə bilər. Həmçinin dəri dartılır, içəri çəkilir və ya əksinə, şişkinlik əmələ gəlir.
Xəstəliyin irəliləməsi ilə yanaşı, döşdə ödem, ağrılar, qoltuqaltı limfa düyünlərində sərtlik və düyünlər də əmələ gələ bilər. Bunlar bəzən ağrılı, bəzən isə ağrısız olur, amma sinir və damarların sıxılmasına səbəb ola bilər.
"Əgər sadalanan əlamətlərdən ən azı biri müşahidə olunursa, dərhal həkimə müraciət etmək lazımdır. Döş xərçəngində özbaşına müalicə yolverilməzdir. Sağlamlıq daimi nəzarət tələb edir və biganəliyi bağışlamır.", - Onkoloq söyləyib.
İsmayıl
Milli.Az

Xəbərlər     Baxılıb: 1151   Tarix: 08 sentyabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

turlar.az

həkim məsləhəti makiyaj etmek qaydalari donlar 2026 avto qadın toy ideyalari dogusdan sonra matkanin yigilmasi dogum cantasinda ne olmalidir kosmetika cinsi elaqe buga burcu qadin.az novruza aid hakışda dostluq