Sinir sıxılması ən çox bu peşə sahiblərində müşahidə olunur

Sinir sıxılması ən çox bu peşə sahiblərində müşahidə olunurBədənin hər hansı hissəsində baş verən sinir sıxılması həyat keyfiyyətinə mənfi təsir göstərir.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, Anadolu Sağlamlıq Mərkəzi Beyin və Sinir Cərrahiyyəsi uzmanı Dr. Selçuk Göçmen sinir sıxılması zamanı şikayətlərin adətən uyuşma və ağrı ilə başladığını, daha sonra halsızlıq, əzələ zəifliyinə qədər irəlilədiyini bildirib.
Onun sözlərinə görə, əllərini həddindən artıq istifadə edən insanlarda, xüsusilə 40-60 yaş arası qadınlarda, pianoçularda, bərbərlərdə, kompüter arxasında çox oturanlarda, bankirlərdə, diş Həkimlərində, heykəltəraşlarda və ev xanımlarında sinir sıxılması daha çox müşahidə edilir.
"Xəstələr istirahət, reabilitasiya və ya digər müalicələrlə yaxşılaşmazsa və müayinələrdə ciddi sinir sıxılması aşkarlanarsa, cərrahi müdaxilə edilir", - deyə Selçuk Göçmən vurğulayıb.
Doktor qeyd edib ki, diabet, menopoz, duruş pozğunluqları və ani arıqlama sinirlərin sıxılmasına səbəb olur.
Ən çox görülən sinir sıxılmasının biləkdə meydana gələn karpal tunel sindromu kimi tanınan klinik vəziyyət olduğunu söyləyən Dr. Selçuk Göçmen, bundan əlavə, dirsək sinirinin və dizdəki peroneal sinirin sıxılmasını da çox müşahidə etdiklərini bildirib.
Onun sözlərinə görə, sinir sıxılmasının səbəbləri arasında şəkərli diabet, revmatik xəstəliklər, qalxanabənzər vəzin xəstəlikləri, menopoz, oturma və duruş pozğunluqları, sınıqlar, hamiləlik, piylənmə, ani arıqlama, şiş, oturarkən və uzanarkən təkrarlanan yanlış hərəkətlər də var.
Sinir sıxılması müalicə edilməzsə, gündəlik fəaliyyətlərin çətinləşə biləcəyini və yerimə problemlərinin yarana biləcəyini söyləyən Dr. Selçuk Göçmen xəbərdarlıq edib:
"Əgər sinir sıxılması əldədirsə, xəstələr çanta daşımaq, yazmaq, stəkan tutmaq kimi gündəlik işləri yerinə yetirməkdə ciddi çətinliklər yaşayırlar. Ayaqlarda sinirin şiddətli sıxılması zamanı xəstə normal yeriyə bilmir. Bu, büdrəmək və yıxılmaq, pilləkənləri çıxa bilməmək və ya avtomobil idarə edə bilməmək kimi problemlərə gətirib çıxarır".
Həkim şiddətli sinir sıxılmasının ancaq əməliyyatla müalicə edilə biləcəyini diqqətə çatdırıb:
"Əməliyyat təxminən 30 dəqiqə çəkir. Yüngül və orta dərəcəli sinir sıxılmalarında isə tətbiq edilən konservativ müalicə sinirdəki təzyiqi aradan qaldırır, müalicədə iltihab əleyhinə dərmanlar da yazıla bilər və ya kortizon iynəsi vurmaq olar".
Selçuk Göçmen sinir sıxılmasının qarşısını almaq üçün tövsiyələr də verib:
- Əyləşərkən, uzanarkən və ayaq üstə dayanarkən duruşunuza diqqət edin. Uzun müddət yanlış vəziyyətdə qalmayın. Məsələn, uzun müddət ayaqlarınız çarpaz vəziyyətdə oturmayın.
- Ev xanımısınızsa, əl ilə görülən işlərdə təkrarlanan hərəkətlərdən çəkinin.
- Daim klaviatura/siçan istifadə edirsinizsə, biləklərinizi uzun müddət bükülmüş vəziyyətdə saxlamayın.
- Masada və ya başqa yerdə dirsəklərinizə çox yaslanmayın.
- Ağır yük daşımayın.
- Oynaqları və əzələləri güclü saxlamaq üçün müntəzəm olaraq dartınma məşqləri edin.
- Şəkərli diabet, zob və ya revmatoloji xəstəliyiniz varsa, rutin müayinə və müalicələrinə laqeyd yanaşmayın.
Milli.Az

Xəbərlər     Baxılıb: 1351   Tarix: 26 fevral 2024
f Paylaş

Oxşar xəbərlər

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

turlar.az

maskalar geyim seçimi kosmetik vasiteler bürc uyğunluğu qadın orqanizmi burc xelife toyuq yeməkləri kosmetika novruz bayramına aid hakıştalar baldıza aid hakışta big.az meseller hakışdalar