Siqareti atmaq istəyənlər üçün təbii vasitələr
Siqaret çəkənlərin böyük qismi nə vaxtsa bu pis vərdişdən azad olmaq istəsələr də, bunu bacarmayıblar...
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunun üçün bir neçə təbii vasitə var. Onları sizə təqdim edirik:
Yulaf. Bu məhsul nikotin asılılığı ilə effektiv mübarizə aparır. Yulaf siqaretə olan istəyi azaldır, həmçinin ondan imtina etdikdə də kömək edir. Siqaretdən qurtulmaq istədiyiniz dövrdə mütləq hər gün səhər yeməyində yulaf sıyığı yeyin.
Su. Siqaret çəkmək istədiyiniz an bir stəkan su için. Sübut olunub ki, bu, bir müddətlik siqaretə olan istəyi azaldır. Su təkcə əlçatmaz və təhlükəsiz deyil, həm də yüksək effektivdir.
Darçın. Yenə də, siqaret çəkmək istədiyiniz an bir qədər darçın götürün. Sadəcə bu ədviyyatı çeynəyin və böyük ehtimalla siqaretə olan istəyiniz bir müddətlik zəifləyəcək. Darçının orqanizmimiz üçün bir çox digər faydalı xüsusiyyətləri də var.
Duz. Orqanizmdə duzun həddindən çox olması xeyrimizə deyil. Lakin siqaret çəkmək istədiyiniz an duzlu nəsə yemək olar. Bu istəyiniz yetərincə tez keçəcək və bir müddət nikotin qəbul etmək yanğısı sizi narahat etməyəcək.
Alma. Bu meyvələrin tərkibində siqaret çəkdiyimiz an qanda yaranan toksinlərin səviyyəsini aşağı salan komponent - pektin var. Siqaretdən qurtulmaq istədiyiniz dövrdə mütləq müntəzəm alma yeyin.
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir