Siqaretlə mübarizədə ölkə olaraq belə uğur qazandılar

Siqaretlə mübarizədə ölkə olaraq belə uğur qazandılarUzun illər Yaponiya dünyanın ən çox siqaret çəkən ölkələri sırasında idi, lakin zərərin azaldılması konsepsiyasının prinsiplərindən istifadə sayəsində ölkə vəziyyəti dəyişdirə bilib.
Milli.Az bildirir ki, digər qabaqcıl ölkələrdə olduğu kimi, Yaponiyada da siqaretə qarşı mübarizə ötən əsrin sonlarından başlayıb. Ölkə Ümumdünya Səhiyyə Təşkilatınin qadağalar və məhdudiyyətlərlə bağlı bütün tövsiyələrini qəbul edib, lakin onilliklər ərzində ən çox siqaret çəkən ilk 5 ölkə siyahısında qalıb. Məsələn, 2000-ci illərdə Yaponiyada hər siqaret çəkənə ildə 2800-dən çox siqaret düşürdü.
Qadağaların problemi həll edə bilməyəcəyini anlayan yaponlar, qadağalara alternativ motivasiyaya əsaslanan üsullar da daxil olmaqla, mümkün olan bütün imkanlardan istifadə etməyə çalışıblar - ölkədə siqaretdən imtina üçün maaş artımları tətbiq edilib, zərərləri azaldılmış cihazlara keçidi təşviq edilib və ictimai yerlərdə siqaret çəkən zonaların xüsusi rayonlaşdırılması - bütün bunlar "Yapon ssenarisi" adlandırılıb.
"Yaponiya siqaretə tüstüsüz, daha az zərərli alternativlərin dəstəklənməsi ilə ənənəvi siqaret əleyhinə üsulları tamamlamaqda təsirli irəliləyiş əldə edib. Onların yanaşması yanan siqaretlərin nikotinin istehlakının ən zərərli forması olduğuna dair elmi dəlillərə inam üzərində qurulub. Yanmayan məhsullar, çoxsaylı elmi araşdırmalar onların zərəri azaltma potensialına malik olduğunu göstərib, çünki onların tərkibində 95 faizə qədər daha az zərərli maddələr var.
Qadağanedici üsullardan fərqli olaraq həmişə daha az zərərli alternativ təklif etdiyi üçün "yumşaq güc" adlanan zərərin azaldılması konsepsiyasının prinsipləri Yaponiyada siqaret çəkmə vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa kömək edib.
2014-cü ildən etibarən iaşə obyektlərində, xüsusi yerlərdə olan müştərilərə orada siqaret çəkməyə ciddi qadağa qoyulmaqla tütün isitmə sistemlərindən istifadə etməyə icazə verilib. Bütövlükdə, siqaret çəkənləri tamamilə tərgitməyə təşviq etmək davam edib, lakin bunu edə bilməyən və ya istəməyənlər 95 faiz daha az zərərli maddələr ehtiva edən tüstüsüz cihazlara keçməyə təşviq edilib.
Cəmi beş il ərzində bu siqaretə qarşı siyasət Yaponiyada siqaret çəkənlərin sayını 34 faiz azaldıb.
"Tütün atlası" na görə, Yaponiyada siqaret satışının azalma sürəti 2011-2015-ci illər arasında ildə 2 faizdən 2015-2018-ci illər arasında ildə 10 faizə qədər 5 dəfə artıb. Nəticədə, qızdırılan tütün məmulatlarının Yaponiya bazarında populyarlaşdığı 2016-cı illə müqayisədə siqaret satışı 42 faiz azalıb. Mütəxəssislər qeyd edirlər ki, klassik siqaretlərin istehlakında bu qədər azalma dünyanın heç bir yerində müşahidə olunmayıb.
Eyni zamanda, Yaponiyada siqaret çəkənlərin ümumi sayında davamlı azalma müşahidə olunur. Bu gün Yaponiyada əhalinin təxminən 18 faizi nikotindən istifadə edir. Ənənəvi siqaretlərin innovativ məhsullarla kütləvi yerdəyişməsi fenomeni "Yapon ssenarisi" adlanır.
Yapon işi fəaliyyətdə zərərin azaldılması prinsiplərinin parlaq nümunəsidir, lakin bu, yeganə deyil. Siqaretdən azad, daha az zərərli alternativlərin dövlət səviyyəsində dəstəyi sayəsində Böyük Britaniya, İsveç və Yeni Zelandiyada da siqaretlə mübarizədə mühüm uğurlar əldə edilib. 
Alternativlərin qadağan edilməsi və ya məhdudlaşdırılması yolu ilə gedən ölkələr indi acı nəticələr əldə edirlər-saxta və boz bazar böyüyür və siqaret çəkənlər az deyil. /Lent.az
Milli.Az

Xəbərlər     Baxılıb: 1756   Tarix: 12 yanvar 2025
f Paylaş

Oxşar xəbərlər

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

turlar.az

reseptler hamilelikde qidalanma geyim və ayaqqabılar dirnaq pilkalamaq ailə məktəbi gözəllik körpələrdə süni qidalar kosmetika şebnem tovuzlu cinsi arıqla şəhid bürcler