Şirin qidalar yeməyin acı fəsadları - Qlikasiya nədir, əlamətlər

Şirin qidalar yeməyin acı fəsadları - Qlikasiya nədir, əlamətlərHəkim nutrioloq Amaliya Rəhimovanın yazısını təqdim edirik.
Orqanizm üçün karbohidratların əhəmiyyəti çox böyükdür. Karbohidratlar təbiətdə geniş yayılmışdır və bioloji aləmin ¾ -nü təşkil edir. Rasionun böyük bir hissəsi (60-70%) məhz karbohidratlardan ibarətdir.
Onlar sadə və mürəkkəb şəkərlərə bölünərək, orqanizmdə müxtəlif funksiyalar icra edirlər. Karbohidratlar (K/h) bir neçə qrupa ayırd edilir: monosaxaridlər (qlükoza, qalaktoza, fruktoza); disaxaridlər (saxaroza, maltoza, laktoza); polisaxaridlər (mürəkkəb şəkərlər-nişasta, amilopektin, qlikogen, pektin, liflər, sellüloza).
Qlükoza bir çox metabolik proseslərdə iştirak edir, lakin ən önəmli funksiyası - enerji təminatıdır; bir çox zülalların fəaliyyəti karbohidratla birləşmiş formada mümkündür (fermentlər, daşıyıcı zülallar, hormonlar); lipidlər, aminturşular, nukleotidlərin sintezi üçün vacib olan bir çox üzvi birləşmələr karbohidratların metabolizmi zamanı əmələ gəlir;
karbohidrat törəməsi olan qlükuronidlər ksenobiotiklərin və endogen toksinlərin detoksiyasında iştirak edir. Karbohidratlar əvəzolunmaz komponent sayılmır; onların defisiti zamanı yaranmış hipoqlikemiyanı kompensasiya etmək üçün zülal və yağlardan istifadə olunur, lakin bu, orqanizm üçün qeyri-effektiv yoldur.
Praktik sağlam insanda düzgün qidalanma zamanı orqanizmə daxil olan şəkər ilk növbədə enerji sintezinə qoşulur; digər bir hissəsi rezerv qlikogen şəklində qaraciyərdə toplanır. Lakin keçən əsrin sonundan başlayan və hazırda çox böyük vüsət almış karbohidrat bumu, yəni qida rasionunda əsasən karbohidratların (xüsusən də tez mənimsənilib insulin şıçrayışına səbəb olan sadə şəkərlərin) ifrat qəbulu bir çox patologiyaların, o cümlədən, geriyədönməz proseslərin inkişafına səbəb olmuşdur.
Problem kimi orta və yaşlı insanlarda daha çox müşahidə olunsa da, uşaq qidalanmasında da mühüm aqressiv faktora çevrilmişdir. Belə ki, uşaqlar tərəfindən aramsız reklam sayəsində çox geniş istehlak olunan hazır qablaşmış məhsulların hamısının tərkibində şəkər mövcuddur və müasir uşaq artıq səhər yeməyi zamanı gündəlik şəkər normasını almış olur. Bəs yanlış qidalanma sayəsində yaranmış şəkər artıqlığı nə kimi fəsadlar törədə bilər?
Məlumdur ki, biokimyəvi reaksiyaların getməsi, adətən, müəyyən fermentlərin iştirakı ilə baş verir. Hiperqlikemiya zamanı (karbohidratların həddən artıq qəbulu: çörək; unlu-şəkərli şirniyyatlar, şirin içkilər; yaxud şəkərli diabet xəstəliyi olduqda) sərbəst şəkərlər orqanizmin istənilən zülalı ilə birləşərək onların funksiyasını pozur;
mürəkkəb biokimyəvi reaksiya nəticəsində orqanizm üçün çox toksik olan qlikasiya məhsulları (AGE) əmələ gəlir ki, bunların hüceyrədə toplanması tədricən hüceyrənin funksiya pozulmasına, sonda isə məhvinə səbəb olur. Bu məhsulların diabet və qocalmanın, Bexterev xəstəliyi, Parkinson xəstəliyi, dağınıq skleroz, artroz, digər degenerativ xəstəliklərin patogenezində rolu sübut olunmuşdur.
Orqanizmin mühüm əhəmiyyətli zülallarının qlikasiya nəticəsində yaranan funksiya pozulmasına aiddir:
• damar divarı zülalının zədələnməsi damarların elastikliyin azalması (rigidliyinə) və qan dövranı pozulmalarına səbəb olur.
• kollagen zülalının zədələnməsi nəticəsində kollagen liflərinin elastikliyi zəifləyir ki, bu da dəri qocalmasına, bağ və vətərlərin boşalmasına, qığırdaq degenerasiyasına səbəb olur
• eritrosit membranları elastikliyini itirdiyindən hüceyrə formasını dəyişə bilmir və öz ölçüsündən kiçik kapilyar mənfəzindən keçə bilmir.
• göz bülluru zülalının zədələnməsi nəticəsində katarakta inkişaf edir.
• qlikasiyaya uğramış qan zərdabının albumin transport və detoksikasiya funksiyasını, bilirubin və uzunzəncirli yağ turşularını birləşdirmək qabiliyyətini itirir.
• immunoqlobulinlər öz xassələrini itirdiyindən orqanizmin müdafiə funksiyası zəifləyir.
• böyrəklərin yumaqcıq aparatının zədələnməsi membranların qalınlaşmasına və onların keçiriciliyinin dəyişməsinə gətirib çıxarır
• sinir lifləri qişalarının, o cümlədən, mielinin zədələnməsi sinir impulslarının ötürülməsini
əngəlləyir.
• insulinin qlikasiyası onun reseptorlara qarşı həssaslığını azaldır.
• immun hüceyrəsinin reseptoru ilə birləşərək iltihab prosesinə təkan verir.
• DNT və nukleotidlərin qlikozilləşməsi mutasiyalara səbəb olur.
• azot monooksidin sintezini inhibə edərək damar genişlənməsini əngəlləyir.
• xolesterinin oksidləşməsini sürətləndirir.
AGE orqanizmdə yaranmaqla yanaşı xaricdən də daxil olur, belə ki, yüksək temperaturda sobada və ya yağda qızardılmış qidalar (toyuq, kartof...) AGE ilə zəngin olur. Belə qidaların müntəzəm istifadəsi, karbohidrat qəbulu ilə birlikdə yuxarıda qeyd olunan hallara, erkən qocalmaya, xroniki xəstəliklərə səbəb olur. Şəkər tək sağlamlığın itirilməsi deyil, həmçinin, gözəlliyə də xeyli xələl gətirir, belə ki, dəri karkası olan, onun elastikliyini təmin edən kollagen və elastin kimi zülalların zədələnməsi dərinin erkən sallanmasına və qırışmasına səbəb olur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 4330   Tarix: 08 may 2022
f Paylaş

Oxşar xəbərlər

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

turlar.az

yay geyimləri 2026 toy makiyajlari toy makiyaji sekilleri oğlanlar necə qızları sevirlər makiyaj sirləri hamiləlikdə axıntı makiyaj formalari kosmetika rus dilini oyrenek 2ci ders baldiza aid haxisda layla qardasa aid haxistalar novruz