Şirniyyatlar yeməkdən ən azı 1 saat sonra qəbul edilməlidir

Şirniyyatlar yeməkdən ən azı 1 saat sonra qəbul edilməlidirHəyatımızı şirniyyatsız təsəvvür etmək çətindir. Tərkibində karbohidratlar olan şirniyyat orqanizmdə xoşbəxtlik hormonu adlandırılan serotonin ifrazını təmin edir. Lakin bununla yanaşı bir sıra fəsadlara da səbəb ola bilir, xüsusilə də şirniyyat yemək həvəsi məhəbbətə çevrilirsə, bu zaman ortaya ciddi problemlər çıxır. Tort və şokoladdan imtina edə bilməyən qadınlar çox vaxt göbələk xəstəliyindən əziyyət çəkirlər. Daimi qlükoza qəbulunun insan ömrünü 25 faizə qədər azaltdığı deyilir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, həkim-diyetoloq Ləman Süleymanova deyib: "Həddindən artıq şirniyyat yemək mədəaltı vəzini daha çox işləməyə məcbur edir. Şəkər və qlükoza enerji ehtiyacını qarşılayan vasitələrdən biridir. Şəkərin verdiyi enerji həm beyin, həm də ümumiyyətlə orqanizm üçün vacib məhsuldur, ancaq onun nə zaman və necə istifadə edilməsindən də çox asılıdır. Xüsusilə səhər yeməyi zamanı şirniyyat yeyilməsi düzgün deyil. Onu yeməkdən ən azı 1 saat sonra istifadə etmək lazımdır. Un məmulatlarının əvəzinə südlü şirniyyatlar və acı şokolad daha xeyirlidir. Onu meyvələrlə də əvəz etmək mümkündür. Qəbul edildikdən sonra qidaların parçalanması üçün 0,5, ya da 1 kilometrə qədər yolu piyada gəzmək və ya qaçmaq lazımdır, əks halda ürək, qan-damar sistemi xəstəlikləri ilə üzləşmək olar".
Şirniyyata meyilli uşaqlar üçün də həmin məhsullar ən təhlükəli qidalardan sayılır. Çox qəbul edildikdə yaranan problemlər zaman-zaman orqanizmi zəhərləyir. Ona görə də hər bir məhsulu vaxtında, miqdarında və keyfiyyətli qəbul etmək lazımdır ki, fəsadı yox, faydası olsun.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2679   Tarix: 13 fevral 2020
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən v

.

Hər evdə var, amma bu təsirini çoxları bilmir

İspaniyada aparılan araşdırma zamanı üç ay ərzində müntəzəm olaraq tomat pastası qəbul edən insanların zehni fəaliyyətində və beyin funksiyalarında müəyyən dəyişikliklər müşahidə olunub. xəbər verir ki, Barselona Universitetini

.

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək

Onkoloq Anastasiya Kosyakova pəncərə açıq vəziyyətdə maşın sürməyin ciddi sağlamlıq riski yaratdığını izah edib. -a istinadən xəbər verir ki, o, sürücülərin mütəmadi olaraq işlənmiş qazlara məruz qaldığını və bunun bir ço

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbə

.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərini

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

Təbiət qoynunda pikniklər və ya eyvanda yemək zamanı tez-tez milçəklərlə qarşılaşırıq. Boşqabı qısa müddətə nəzarətsiz qoymaq kifayətdir ki, həşəratlar dərhal onun üzərinə qonsun. -a istinadən xəbər verir ki, rusiyalı həkim-infeksionis

turlar.az

qis geyimləri 2026 makiyaj etmek qaydalari hamilelikde qidalanma ilk tibbi yardım makiyaj sirləri dalğalı saç düzümləri yay geyimleri kosmetika öpüşme maskalar xanım az burcler qiz evi haxista