Sofiyada 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib - FOTO

Sofiyada 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib - FOTO19 yanvar 2018-ci il tarixində Sofiya şəhərində Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı Səfirliyinin təşkilatçılığı ilə 1990-cı ilin 20 yanvar tarixində baş vermiş Qara Yanvar faciəsinin günahsız qurbanlarının xatirəsi yad edilib.

Səfirlikdən Milli.Az-a verilən məlumata əsasən, Anım mərasimində Bolqarıstandakı Azərbaycan diasporunun nümayəndələri, Bolqarıstan vətəndaşı olan həmvətənlərimiz, Azərbaycanlı tələbələr və "Azərbaycanın Dostları" Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin nümayəndələri iştirak ediblər.

Mərasimi giriş sözü ilə açan Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı səfiri Nərgiz Qurbanova 20 yanvar tarixində baş vermiş dəhşətli hadisələrin günahsız qurbanlarını yad etmək və Azərbaycanın müstəqilliyi uğrunda canlarını fəda etmiş soydaşlarımızı xatırlamaq üçün toplaşmış mərasim iştirakçılarına təşəkkürünü ifadə edib.

Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsinin tarixdə böyük faciələr və ağır itkilərlə müşayiət olunduğunu söyləyən səfir ümumxalq hüzn günü kimi qeyd etdiyimiz 20 yanvar tarixinin yaddaşlara Qara Yanvar kimi həkk olunduğunu, eyni zamanda Azərbaycan xalqının istiqlal yolunun ilk zirvəsinə və milli məfkurəmizin azadlıq istəyinin oyanış gününə çevrildiyini vurğulayıb.

Tarixi prizmadan yanaşdıqda Qara Yanvara aparan yolun məhz 1988-ci ilin ziddiyyətli hadisələrindən başlandığını bildirən N.Qurbanova Sovet rəhbərliyinin xeyir-duası ilə Ermənistanın Azərbaycana qarşı başladığı əsassız ərazi iddialarının xalqımıza qarşı repressiya və etnik dözümsüzlüklə nəticələndiyini, qəddar hücumlar nəticəsində, 250 mindən artıq azərbaycanlının Ermənistan ərazisindəki əsrlərboyu yaşadıqları doğma yurdlarını tərk etməyə məcbur edildiyini vurğulayıb. Ermənistandan kütləvi deportasiyaları zamanı ən azı 216 azərbaycanlının ermənilər tərəfindən öldürüldüyü, 1154 nəfərinin yaralandığı, Azərbaycan xalqının isə Sovet rəhbərliyinin məkrli planlarına etiraz edərək Dağlıq Qarabağda ermənilərin separatçı və ekstremist hərəkətlərinin qarşısının alınmasını, ədalətin bərpa olunmasını demokratik yollarla tələb etdiyi mərasim iştirakçılarının diqqətinə çatdırılıb.

Diplomat xalqın dinc və haqlı tələblərinə M.Qorbaçov hökumətinin amansızasına cavab verdiyini bildirərək 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan xüsusi təlim keçmiş erməni əsilli əsgər və zabitlərin də iştirak etdiyi SSRİ Müdafiə Nazirliyinin bölmələri, DİN-in xüsusi təyinatlıları və SSRİ DTK-nın "Alfa" qrupun üzvləri tərəfindən mülki əhalinin gülləbarana tutulduğunu vurğulayıb. Daha sonra Bakının xüsusi qəddarlıqla zəbt olunduğu, hərbi hücum nəticəsində 147 nəfər Azərbaycan vətəndaşının öldürüldüyü, 744 nəfərin yaralandığı, 841 nəfərin isə əsassız həbs olunduğu barədə iştirakçılara məlumat verilib.

Törədilən faciə zamanı Sovet silahlı qüvvələrinin nəinki mülki şəxslərə, yaşayış binalarına, mağazalar, tibb və digər müəssisələrə atəş açdığını, hətta təcili tibbi yardım maşınlarını da hədəfə aldığını xatırladan N.Qurbanova yaralı insanlara belə yardım göstərilməsinə imkan verilmədiyini diqqətə çatdırıb. Səfir deyib ki, bir çox mülki şəxs mənzillərin və binaların girişində, habelə ictimai yerlərdə güllələnmiş, güllələrin dağıdıcı təsiri ölümsonrası tibbi ekspertiza zamanı məhkəmə ekspertləri və həkimlər tərəfindən öz təsdiqini tapıb.

Qabaqcadan düşünülüb hazırlanmış bu təcavüzkar aksiya ilə Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqa mənəvi zərbə vurmaq məqsədinin güdüldüyünü ifadə edən diplomat bu zaman insan hüquqlarına dair bir çox beynəlxalq öhdəliklərin, habelə keçmiş SSRİ və Azərbaycan SSR-in konstitusiyalarının kobudcasına pozulduğunu iştirakçıların diqqətinə çatdırıb.

Azərbaycan xalqını müsibətə düçar etmiş 20 yanvar faciəsinin bütün dünyada əks-səda doğurduğunu səsləndirən səfir bu beynəlxalq ictimai rəyin formalaşmasında ümummilli lider Heydər Əliyevin müstəsna xidməti barədə məlumat verib. N.Qurbanova qeyd edib ki, özünün və yaxınlarının həyatını təhlükə qarşısında qoyan ulu öndər yanvarın 21-də ilk olaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib, buraya yığışmış azərbaycanlılar qarşısında çıxış edib, ardınca mətbuat konfransı keçirərək imperiya siyasətini və M.Qorbaçovun xalqımıza qarşı məkrli fəaliyyətini tənqid edib.

Səfir Sovet imperiyasının günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilmədiyini, milli qürurumuzu qırmağı bacarmadığını qeyd edərək Qara Yanvarın Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə həm də qəhrəmanlıq səhifəsi kimi əbədi həkk olunduğunu vurğulayıb. Faciənin qəhrəmanlıq dastanı kimi Azərbaycan elmi-ədəbi mühitində yeni səhifə açmasından danışan N.Qurbanova şəhidlərimizin əziz xatirəsinə mahnı və musiqi kompozisiyalarının bəstələnməsindən, filmlərin ithaf olunmasından, əsərlərin həsr olunmasından və tamaşaların qoyulmasından bəhs edib.

Daha sonra Azərbaycan müstəqilliyinin həqiqətə çevrilməsi naminə canlarını fəda etmiş soydaşlarımızın şücaətini əsərlərin dili ilə təcəssüm etdirən film nümayiş olunub.

Tədbirin sonunda Qara Yanvar gecəsində canlarını qurban vermiş soydaşlarımızın əziz xatirəsinə ehsan süfrəsi açılıb

Xəbərlər     Baxılıb: 1611   Tarix: 20 yanvar 2018
f Paylaş

Oxşar xəbərlər

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

turlar.az

donlar 2026 adlarin menasi makiyaj etmek qaydalari doğuş arıqlamaq baş gicəllənməsi milli yeməklər kosmetika namiq qaraçuxurlu buga burcu xocali novruz hakısdası nizami gencevi