SON DƏQİQƏ! Azərbaycanlı məmur dünyasını dəyişdi (FOTO)

SON DƏQİQƏ! Azərbaycanlı məmur dünyasını dəyişdi (FOTO)Müdafiə Nazirliyinin Tikinti Baş İdarəsinin keçmiş rəisi, "Əməkdar İnşaatçı" istefada olan polkovnik Əliyev Adil Ömər oğlu 2017-ci il fevralın 28-də ömrünün 74-cü ilində uzun sürən xəstəlikdən sonra vəfat edib.

BAKU.WS xəbər verir ki, Polkovnik A.Əliyev 1943-cü il dekabrın 13-də Ermənistanın Kalinino rayonunun Qızıl Şəfəq kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1962-ci ilədək "Qızıl Şəfəq" sovxozunda fəhlə işləyib. 1963-cü ildə Sovet Ordusu sıralarında həqiqi hərbi xidməti başa vurduqdan sonra ona "kiçik leytenant" hərbi rütbəsi verilib.

1967-ci ilin sentyabr ayının 15-də Estoniyanın Yaqala şəhərində siyasi kurslara göndərilib və oranı 1968-ci ildə bitirdikdən sonra ona "leytenant" hərbi rütbəsi verilərək Yakutiya Muxtar Sovet Sosialist Respublikasının Tiksi-3 şəhərində bölük komandirinin siyasi işlər üzrə müavini, daha sonra bölük komandiri vəzifəsində xidmətə göndərilib.

1974-cü ilin fevral ayında polkovnik A.Əliyev Ukraynanın Çerniqov şəhərində bölük komandiri, 1976-cı ilin noyabr ayında isə həmin qarnizonda hərbi hissə komandiri vəsifəsində xidmət edib. Həmin il hərbi hissə Azərbaycan Respublikasının Qəbələ şəhərinə köçürülüb və bir müddət xidmət etdikdən sonra o, 1983-cü ildə Leninqrad şəhərində akademik kurslara qəbul olunub.

Polkovnik A.Əliyev 1983-cü ildən inşaat idarəsi rəisinin müavini vəzifəsində, 1992-ci ilin yanvar ayından 2005-ci ildə ehtiyata buraxılanadək isə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Baş Tikinti İdarəsinin rəisi vəzifəsində xidmət edib.
Xidmət dövründə polkovnik A.Əliyev bir sıra medallarla təltif edilib. 1988-ci ilin avqustunda Qəbələ RLS-nin layihələşdirilməsi və tikintisi sahəsində əldə etdiyi nailiyyətlərə görə ona SSRİ Nazirlər Kabinetinin mükafatı verilib.

1989-cu ilin may ayında ona Azərbaycan Ali Sovetinin qərarı ilə Azərbaycan SSR-in əməkdar inşaatçısı fəxri adı verilib.
Polkovnik A.Əliyevin xatirəsi zabit və xeyirxah insan kimi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Müdafiə Nazirliyinin rəhbərliyi mərhumun yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!

Allah rəhmət eləsin!"

Xəbərlər     Baxılıb: 3571   Tarix: 01 mart 2017
f Paylaş

Oxşar xəbərlər

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

turlar.az

qadin sayti geyim şəkilləri maskalar əməliyyatlar maraqli sekiller vətən haqqında inşa ana südü artırmaq kosmetika qaynana vidyolar efsaneler gunay vətənə aid bayatı