SON DƏQİQƏ: Bakıda vəzifəli şəxs yeyib-içdikdən sonra qətl törətdi !
Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin vəzifəli şəxsi adam öldürüb.
Xanim.az qafqazinfo-ya istinadən xəbər verir ki, Zabrat qəsəbəsində yerləşən Vertolyot Meydançasının rəisi Faiq Qasımov dünən gecə saatlarında öz dostunu öldürüb. Belə ki, F.Qasımov yaxın dostu, Qoşa Qala restoranının sahibi Tərlanla axşam toy məclisində yeyib-içiblər. Sonra isə dostlar əyləncə məclisini Fatmayi kəndində dəniz kənarında davam etdiriblər. Hələlik açıqlanmayan səbəbdən F.Qasımov avtamobolini dostu Tərlanın üzərinə sürüb və ona ağır xəsarət yetirib. Xəstəxanaya yerləşdirilən iş adamı vəfat edib. Rəis F.Qasımov bu gün səhər saatlarında saxlanılıb. Bildirilir ki, hadisə Binəqədi qəsəbəsində yerləşən "Həyat" istirahət mərkəzində baş verib.









Hakışta
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Qarabağa köçən məşhurlar - SİYAHI
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Yuxusuz gecədən sonra bunu edin
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir