SON DƏQİQƏ: Deputat Hüseyn Əliyev həbs edildi - VİDEO
Rusiyanın Arxangelsk şəhər dumasının deputatı Hüseyn Əliyev saxlanılıb. Bildirilir ki, o, həm də şəhərdə yerləşən ən iri topdansatış bazarının sahibidir.
Xanim.az virtualaz.org-a istinadən xəbər verir ki, "Rodina" ("Vətən") partiyasının üzvü olan Hüseyn Əliyev deputat köməkçisi vəsiqəsinin verilməsinə görə 445 min rubl (təxminən 14 min manat - virtualaz.org) məbləğində rüşvət almaqda ittiham edilir.
Yerli "Exo Severa" ("Şimalın əks-sədası") qəzeti yazır ki, söhbət sahibkar Ərəstun Məcidovdan gedir. O, vaxtilə yerli istintaq idarəsinin rəis müavini vəzifəsində çalışıb və vəkillik də edib.
Dünən keçirilmiş məhkəmə iclasında Hüseyn Əliyevin həyat yoldaşı 1 milyon rubl (təxminən 30 min manat - virtualaz.org) girov müqabilində onun sərbəst buraxılması barədə vəsatət qaldırıb. Lakin məhkəmə təqsirləndirilənin həm də Azərbaycan vətəndaşı olduğunu və buna görə, başqa ölkəyə qaça biləcəyini səbəb kimi göstərərək, həbs qətimkan tədbirini dəyişməyib.
f Paylaş








Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
Tanınmış müğənni 84 yaşında vəfat etdi
Həşəratların hücumuna məruz qalan aktyor xəstəxanalıq oldu
İnsan neçə dəqiqəyə yuxuya getməlidir?
Uzun müddət oturmağın zərərini azaltmağın ən sadə yolu açıqlandı
Professor D vitamini çatışmazlığının risklərini açıqlayıb
Məzuniyyətdə işdən uzaq qalmaq niyə vacibdir?
İllər sonra Bakıdadır