SON DƏQİQƏ! Gözlər prezidentdə: Tarif Şurasının qərarını ləğv edəcəkmi? – AÇIQLAMA

SON DƏQİQƏ! Gözlər prezidentdə: Tarif Şurasının qərarını ləğv edəcəkmi? – AÇIQLAMATarif Şurasının dünən keçirilmiş iclasında "Aİ-92" markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilib.
Qərar bu gündən qüvvəyə minib. Bu, əhali arasında böyük narazılıq yaradıb.

Benzinin qiymətinin bahalaşması digər məhsulların da qiymətinə təsir edəcəyi narahatlıq doğurub. Hətta bahalaşmanın əhalinin sosial durumuna ciddi təsir edəcəyini nəzərə alaraq, prezident İlham Əliyevin məsələyə müdaxilə edəcəyi də deyilir.

A24.Az-a açıqlamasında millət vəkili Fazil Mustafa bildirib ki, indiki vəziyyətdə prezidentin Tarif Şurasının qərarını ləğv edəcəyi gözlənilmir:

"Tarif Şurası bu qərarları birbaşa özünün mülahizələrinə görə qəbul etmir. Müvafiq icra qurumları ilə razılaşaraq bunu edir. Amma bu digər xidmətlərin də qalxmasına səbəb olacaq. Bu, əhaliyə, xüsusilə aztəminatlı ailələrə mənfi təsir edəcək. Bunun çətin tərəfi isə odur ki, bank kreditləri probleminin həll olunmadığı, insanların işsizliklə bağlı problemlərinin mövcud olduğu bir zamanda qəbul edilib. Bunu nəzərə alsaq, prezident İlham Əliyevin qərarın ləğvi ilə bağlı hər hansı bir addım atması mümkündür. Amma mən inanmıram ki, bu baş versin. Çünki bu, daxili bazarı qorumaq üçün irəli sürülüb. Onu da qeyd edim ki, hətta bu bahalaşmadan sonra da Azərbaycanda benzinin qiyməti qonşu Rusiya və Gürcüstanla müqayisədə ucuzdur. Düzdür, biz istehsalçı dövlətik. Bu amilə görə neft və qaz məhsullarının baha olduğunu söyləmək olar.

Ümumiyyətlə, bu qərarın nəticəsi kimi müəyyən çətinliklər olacaq və hələ uzun müddət müzakirə olunacaq".

Xatırladaq ki, 2015-ci ildə prezident İlham Əliyev Tarif Şurasının "Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə" 12 yanvar 2015-ci il tarixli 1 nömrəli Qərarı ləğv etmişdi. Nəticədə benzinin qiyməti ucuzlaşmışdı.

Xəbərlər     Baxılıb: 3985   Tarix: 16 iyul 2017
f Paylaş

Oxşar xəbərlər

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

turlar.az

makiyaj instagram sac duzumleri yaz geyimleri 2026 xinayaxdi ucun sozler buga burcu atalar sozleri ve meseller döşləri necə böyütmək olar kosmetika xocali masqalar novruz hakısdası zəhmət vetene aid atalar sozleri