SON DƏQİQƏ! Kommunal ödənişlərlə bağlı Prezident ƏMR VERDİ

SON DƏQİQƏ! Kommunal ödənişlərlə bağlı Prezident ƏMR VERDİGünün müxtəlif vaxtlarına görə elektrik enerjisi tarifləri tətbiq edilə bilər.

Azərbaycanda aidiyyəti orqanlar milli enerji portfelinin yaradılması üçün orta xərci, istehlakçılar və istehsalçılar üçün əlverişli qiymətin müəyyənləşdirilməsini nəzərdən keçirəcəklər.

Qadinsayti.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi"ndə qeyd olunub.

Sənəddə qeyd olunub ki, xərci əks etdirən tariflərin tətbiqinin nəzərdən keçirilməsi (elektrik enerjisinin qiymətlərini subsidiyalaşdırmadan), satınalma qiymətinin paritetlik göstəricilərini nəzərə alaraq, son istifadəçi tariflərinin beynəlxalq müqayisəli qiymətləndirilməsini həyata keçirmək üçün, zərurət olarsa, ekspert və məsləhətçilərdən ibarət qrup təşkil edilməsi, ev təsərrüfatları üçün ikisəviyyəli tarif sisteminin tətbiq edilməsi, tariflərin tətbiq olunacağı istehlak həcmi hədlərinin və bu şkalalar üzrə müvafiq tariflərin müəyyənləşdirilməsi nəzərdə tutulub.

"Strateji Yol Xəritəsi"nə əsasən, bəzi sənaye sahələri üçün güzəştlərin azaldılmasının, qiymətlərin günün vaxtına görə diferensiasiya edilməsinin, infrastrukturun yaradılmasına çəkilən xərclərə əsaslanan qiymətlərin tətbiqinin nəzərdən keçirilməsi zamanı aztəminatlı istehlakçı kateqoriyaları üzrə son istehlakçı qiymətlərinin dəyişməz saxlanılması, sifariş əsasında ayrılmış həcm və sərfiyyat arasında uyğunsuzluğun aradan qaldırılması üçün elektrik enerjisi üzrə əlavə haqların müəyyən edilməsi,reaktiv enerjidən istifadənin səmərəliliyinin artırılması barədə təkliflər hazırlanacaq.

Sənəddə həmçinin qeyd olunub ki, pik saatlarda yüklənməni azaltmaq üçün günün müxtəlif vaxtlarına (gecə və gündüz) uyğun elektrik enerjisi tariflərinin tətbiq edilməsi planlaşdırılır.

"Dünyanın bir çox ölkələrində kommunal xidmət sektorunda elektrik enerjisi qiymətinin tələbata uyğun dəyişdirilməsi istehlak səviyyəsini aşağı salan standart təcrübədir. "Azərbaycanda qiymətlərin gün ərzində diferensiasiya edilməməsi tələb-təklif balansının qeyri-səmərəli olması ilə nəticələnir. Qiymətlərin günün müxtəlif vaxtlarına uyğun tənzimlənməsi günlük yüklənmə qrafikini nizamlayır, eləcə də qiymətin ucuz olduğu vaxtda elektrik enerjisindən istifadə üçün stimul yaratmaqla, pik saatlardakı yüklənmə səviyyəsini aşağı salır və əlavə həcm üçün investisiya qoyuluşuna zərurəti azaldır. Türkiyədə günün müxtəlif vaxtlarına uyğun tariflər tətbiq olunub. Belə ki, elektrik enerjisi istehlakçılara gecəyarısı orta qiymətə, "pik yüklənmə" saatlarında (təxminən saat 17:00 - 22:00) isə ən yüksək qiymətə təqdim olunur", - deyə "Strateji Yol Xəritəsi"də qeyd olunub.eport\

Xəbərlər     Baxılıb: 3810   Tarix: 29 dekabr 2016
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

turlar.az

makiyaj instagram geyim dəbləri qis geyimləri 2026 hicab baglama qaydasi xinayaxdi bayati ana və uşağın ev məktəbi moda xəbərləri kosmetika uzeyir hacibeyli novruz hakışdaları google vətən həsrəti vicdan