SON DƏQİQƏ: "Lalənin beyin ölümü başlayıb, möcüzə gözləyirik" - Baş həkim

SON DƏQİQƏ: "Lalənin beyin ölümü başlayıb, möcüzə gözləyirik" - Baş həkimÖtən gün Bakı-Sumqayıt yolunda baş verən yol qəzasında xəsarət alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilən 3 nəfərdən birinin vəziyyəti çox ağırdır.

Bu barədə açıqlamasında 1 saylı Kliniki Tibbi Mərkəzin ("Semaşko") baş həkimi Ədalət Dadaşov məlumat verib.

O bildirib ki, 1999-cu il təvəllüdlü Lalə Nəsirzadədə beyin ölümü başlayıb, ağır komadadır: "O, əməliyyat olunub, çünki dalağı və qaraciyəri dağılmışdı. Onda həm də kəllə-beyin tramvası var idi. Yaşama şansı cüzi olduğundan möcüzə gözləyirik. Hazırda reanimasiyadadır".

1997-ci il təvəllüdlü Rəsul Sadıqovda isə burun sümüklərinin sınığı, qapalı kəllə-beyin travması, baş beyinin silkələnməsi olub. "O, hazırda üz-çənə cərrahiyə şöbəsində müalicə olunur. 1999-cu il təvəllüdlü Emin Həmidovda kəllə-beyin travması, baş-beyin silkələnməsi diaqnozu qeydə alınıb və vəziyyəti orta-ağırdır. Müalicəsi neyrotravma şöbəsində davam etdirilir", - deyə, baş həkim əlavə edib.

Hər üç yaralı Sumqayıt Dövlət Universitetinin ikinci kurs tələbəsidir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova isə "Report"a açıqlamasında bildirib ki, Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında olan 14 nəfər yaralıdan beşi bu gün səhər evlərinə buraxılıb: "Hazırda xəstəxanada 9 yaralı qalıb. Ola bilsin ki, müayinə olunduqdan sonra onların da bir neçəsi evə yazılsın".

Xatırladaq ki, ötən gün Bakı-Sumqayıt yolunda baş verən yol qəzasında mikroavtobusda olan sərnişinlərdən 5 nəfər ölüb, müxtəlif dərəcəli bədən xəsarətləri alan 18 nəfər Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına, 3 nəfər isə Bakı şəhər Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

///Report

Xəbərlər     Baxılıb: 22470   Tarix: 10 mart 2017
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ən sağlam ət növü AÇIQLANDI

Bir çox insanın qərəzlə yanaşdığı və hətta mətbəxlərinə daxil etməkdən çəkindiyi bu qida, bədənin ehtiyac duyduğu əsas vitaminləri təkbaşına təmin etmək gücünə malikdir. xəbər verir ki, bu xüsusi növ immunitet sisteminiz

.

Baş ağrısı və nəfəs darlığı yaşayırsınızsa, diqqətli olun

Hipertoniya çox zaman baş ağrısı, ürək döyüntüsü və nəfəs darlığı kimi əlamətlərlə özünü göstərsə də, mütəxəssislər xəstəliyin uzun müddət gizli şəkildə inkişaf edə biləcəyi barədə xəbərdarlıq edirlər. xəbər verir ki, kardiologiy

.

Daha bir ölkədə hantavirus aşkarlandı

Fransada hantavirusla bağlı narahatlıq artır. xəbər verir ki, səhiyyə naziri Stefanie Rist hantavirus epidemiyasına məruz qalan kruiz gəmisində olan fransız sərnişinlərdən birinin test nəticəsinin müsbət çıxdığını açıqlayıb

.

Basmatini taxtından saldı! Ən sağlam düyü növləri bəlli oldu

Düyü dünyada və ölkəmizdə ən çox istehlak edilən qidalar arasındadır. Lakin mütəxəssislər ağ düyüdən daha sağlam alternativlər axtaranlar üçün bir neçə xüsusi növü ön plana çıxarırlar. Emal edilməmiş və ya az işlənmiş b

.

Basmati düyüsündəki o "heyvani" qoxunun səbəbi bəlli oldu

Basmati düyüsünün özünəməxsus ətri bəzən gözlənilən fındıq qoxusu əvəzinə kəskin "tövlə" və ya "axır" qoxusunu xatırlada bilər. Bu vəziyyət həm düyünün təbiətindən, həm də saxlama şəraitindən qaynaqlan

.

Qandakı zərərli yağları azaldan möcüzəvi QİDA

Sinir liflərini qorumaq, D vitamini sintez etmək və hormonların yaranması üçün vacib sayılan yumurta yüksək qida dəyəri ilə seçilir. xəbər verir ki,mütəxəssislər bildirirlər ki, yumurta zülal baxımından ən keyfiyyətli qidalarda

.

Səhərlər ilıq su içsək, nə olar?

Səhər oyandıqdan sonra bir stəkan ilıq su içmək sadə görünsə də, orqanizm üçün olduqca faydalı bir vərdişdir. Həkimlər bu adəti həm ümumi sağlamlığın qorunması, həm də bir çox problemlərin qarşısının alınması baxımından tövsiy

.

Bədəninizi alkoqoldan tez "təmizləmək" üçün sadə ÜSUL

Mütəxəssislər alkoqolun qalıqlarını daha sürətli azaltmağa kömək edən sadə bir üsul aşkar ediblər.  bildirir ki, kanadalı ekspertlərin bu üsulu hiperventilyasiya yəni intensiv nəfəsalma prinsipinə əsaslanır. Mahiyyəti nədir?

.

30/30/30 Rutini Nədir? Bu metod üç əsas addıma əsaslanır

İlk 30 dəqiqə: Oyandıqdan dərhal sonra tərkibində 30 qram protein olan səhər yeməyi yeyilir. Protein seçimi: Bu proteinə karbohidratlar və sağlam yağlar da müşayiət edə bilər. 30 dəqiqə idman: Ardınca 30 dəqiqə ərzində aşağ

turlar.az

sac duzumleri gelinlikler adlarin menasi 2026 geyimi balqabaq plov cinsi sağlamlıq gözəl xanım kosmetika qaynanaya aid maya maskasi rus dilin nece orenek sirin qogal kley lekesi