SON DƏQİQƏ! Prezidentin iclasında Əhəd Abıyevin ürəyi getdi - FOTO
"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda Daşkəsənin İcra başçısı Əhəd Abıyevin halı qəfil pisləşib.
Qadinsayti.az bakipost.az-a istinadən xəbər verir ki, konfransın birinci hissəsi başa çatdıqdan sonra icra başçısı zaldan çıxarkən başı gicəllənib və özünü güclə foyedəki skamyaya çatdırıb.
Ətrafdakı insanlar, media nümayəndələri ona yardım edib, təcili yardım çağırmaq istəyiblər. Lakin icra başçısı həkimə ehtiyac olmadığını bildirib, su istəyib. Hadisə şahidlərinin sözlərinə görə, Ə.Abıyevin əlləri əsirmiş. İcra başçısının tədbirdə həyəcan keçirdiyi bildirilir.
Qeyd edək ki, Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilir.
Hökumət ümayəndələrinin, icra başçılarının qatıldığı konfransda prezident İlham Əliyev də iştirak edib və geniş nitq söyləyib.










Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
Qabığında elə faydası var ki
Hansı faktorlar xərçəng riskini daha çox artırır?
Süni intellekt sınaqdan keçmədi - Sağlamlıq üçün TƏHLÜKƏ
Ağamirzə: 'Gənclər nəsihətə qulaq asmır
Zaur Kamal yenidən efirə qayıdır? - ARB TV-dən açıqlama
İspaniya Avroviziyanı yayımlamaqdan İMTİNA ETDİ
Bazarda 4 manata satılan bu möcüzə təzyiqi stabilləşdirir
Bu dövrdə qadının gözəlliyi kapitala çevrilib' - Nura
Gecə yata bilməməyinizin səbəbi ayaqlarınız ola bilər
Hər gün satın alırıq, amma günbəgün bizi zəhərləyir