Səhər-səhər məşhur xalq artistimizdən ÜZÜCÜ XƏBƏR: İnsult keçirdi
Azərbaycanın xalq artisti, Gəncə Dövlət Dram Teatrının aparıcı aktrisalarından olan Pərvanə Qurbanovanın səhhətində problemlər yaranıb.
Xanim.az Milli.Az-a istinadən bildirir ki, xalq artisti pressclub.az-a açıqlamasında bildirib ki, bu il may ayının 18-də yüngül insult keçirib: "2 aydan çoxdur ki müalicə olunuram. İndi özümü yaxşı hiss edirəm. Amma həkimlər tamaşalarda, seriallarda oynamağa, hələ ki, icazə vermirlər. Stressdən, əsəbdən uzaq olmalıyam. Qurban bayramından sonra, yəqin ki, işə çıxacam".
Pərvanə Qurbanova deyib ki, seriallarda oynamaq üçün ona dəvətlər gəlir: "Amma, hələ ki, seriallarda oynayıb-oynamamaq qərarını tam verməmişəm. Həkimlərimlə məsləhətləşməliyəm".
Qeyd edək ki, 1965-ci il təvəllüdlü xalq artisti "Pərvanələrin rəqsi" serialında oynadığı qayınana obrazı ilə tamaşaçılar tərəfindən sevilib.
f Paylaş








Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin