"Sovetski"də GÜCLÜ YANĞIN: 1 nəfər zəhərləndi - FOTO/VİDEO (YENİLƏNİR)
"Sovetski"də baş verən yanğında bir qadın tüstüdən zəhərlənib.
Qadinsaytı.az xəbər verir ki, apa-nın verdiyi məlumata görə, yanğın hadisəsi Yasamal rayonu, Həzi Aslanov küçəsində yerləşən üçmərtəbəli yaşayış binasında qeydə alınıb.
Yanğın binadakı mənzillərdən ikisini əhatə edib. Hadisə yerində olan təcilli tibbi yardım briqadasının həkimləri tüstüdən zəhərlənən qadına ilkin tibbi yardım göstəriblər. Qadının vəziyyəti sabitləşib.
Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
***
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev Publika.az-a bilirib ki, əraziyə 3 briqada göndərilib. Hələ ki, yanğın nəticəsində xəsarət alanlar barədə məlumat verilməyib.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov isə hazırda yanğının söndürülməsi istiqamətində iş aparıldığını deyib: "Əməkdaşlarımız yanğının ətraf binalar keçməsinin qarşısını alıb, söndürməyə çalışırlar. Xəsarət alanlar barədə hələ ki, məlumat yoxdur.
***
Paytaxtın "Sovetski" adlanan ərazisində güclü yanğın başlayıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramovun Trend-ə verdiyi məlumata görə, hadisə Şahmat məktəbinin yaxınlığında qeydə alınıb.
3 mərtəbəli yaşayış binasında başlayan yanğının miqyası hazırda böyüyüb. Hadisə yerinə 10 yanğınsöndürən maşını və çox sayda canlı qüvvə cəlb olunub.
Məlumata görə, yanğının güclənməsində səbəb həmin binanın taxta konstruksiyadan ibarət olmasıdır.









Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin