Soyuq ayaqlar bu xəstəliklərin əlaməti ola bilər
Daimi soyuq ayaqlar qan dövranı və ya sinirlərlə bağlı problemlərdən xəbər verə bilər.
Milli.Az xəbər verir ki, bu barədə amerikalı həkim Cessi Brakamonte məlumat yayıb.
Həkim aydınlaşdırıb ki, bir çox hallarda çöldə və otaqda aşağı temperatur ayaqların donmasına səbəb ola bilər. Termorequlyasiyanı yaxşılaşdırmaq üçün isti corab geyinmək, müntəzəm olaraq idman etmək, sağlam pəhrizə riayət etmək, su içməyi unutmamaq və siqaretdən imtina etmək kifayətdir. Ancaq bəzi hallarda soyuq ayaqlar sağlamlıq problemlərinin göstəricisidir.
Brakamonte görə, soyuq ətrafların səbəbləri qan dövranı problemləri (qeyri-kafi qan axını), ürək-damar patologiyaları, immun və ya otoimmün xəstəliklər (məsələn, tiroid xəstəliyi) və bəzən sinir və ya nevropatik problemlər ola bilər. Həkim əlavə edib ki, bəzi hallarda qan azlığı - qanda hemoglobinin səviyyəsinin azalması səbəbindən ayaqlar donur.
Terapevt, soyuq ayaqların hissi uzun müddət davam etdiyi hallarda həkimə müraciət etməyi tövsiyə edib. /"Unikal"
Milli.Az









İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi