Soyuq havada uşaqları viruslarından necə qoruyaq?

Soyuq havada uşaqları viruslarından necə qoruyaq?Artıq payızdır, bu ərəfələrdə havalar qəfildən dəyişir. Səhərlər günəşi görüb nazik geyinsək də, axşamlar hava adətən, soyuq olur. Bu məqamda isə qrip virusları sürətli şəkildə yayılmağa başlayır. Təkcə böyüklər deyil, elə uşaqlar da belə havalarda tez-tez xəstələnir. Amma təəssüf ki, bir çox valideyn belə məqamlarda nə edəcəyini bilmir. Bir çoxları düşünür ki, uşağı qalın geyindirməklə, xəstəlikdən sığortalamış olur. Bəs görəsən övladlarımızı soyuq havanın fəsadlarından necə qoruya bilərik? Suallarımızı Pediatr Günay Rəsulova cavablandırdı.
Milli.Az gencaile.az-a istinadən bildirir ki, pediatrın sözlərinə görə, qrip virusları ilə mübarizə aparmaq üçün valideynlər diqqətli olmalıdır. Xəstəliyə yoluxan uşaqları məktəbə, yaxud bağçaya göndərmək olmaz: "Havaların soyuması ilə əlaqədar uşaqlarda tez-tez soyuqdəymə hallarına rast gəlinir. Xüsusilə, bağça, məktəb yaşlı uşaqlar günün çox hissəsini qapalı məkanlarda keçirirlər. Belə məkanlarda adətən hava cərəyanı və oksigen təminatı aşağı olur. Ona görə də, virus infeksiyaları uşaqlar arasında daha tez yayılır. Çünki orada virusların yayılması üçün əlverişli şərait var. Belə məkanlarda virusdaşıyıcı uşaq varsa, sağlam uşaqları da yoluxma riski yüksək olur. Ona görə də, xəstə uşaqları məktəbə, yaxud bağçaya yollamaq olmaz".
G.Rəsulova söylədi ki, sağlam uşaqları mümkün qədər xəstə uşaqlardan uzaq tutmaq lazımdır: "Qonaq getdiyiniz yerlərdə, yaxud evə qonaq gəldiyi zaman, xəstənin olub-olmadığını müəyyənləşdirmək lazımdır. Bəzən valideynlər belə məqamlara diqqət etmirlər. Amma ev qapalı məkandır. Xəstə olduğu zaman digər infeksiya virusları tez bir zamanda otağa yayıla bilir. Ona görə də, uşaqları belə hallar zamanı mümkün qədər uzaq tutmaq lazımdır.  Qrip virusuna yoluxan uşaqları bağçaya və məktəbə göndərmək olmaz. Bu, uşağın həm özünə, həm də yoldaşlarına təhlükədir. Bəzən valideynlər dərslərindən geri qalmasın deyə, uşağı məktəbə yollayırlar. Bu, qətiyyən düzgün deyil. Çünki xəstə uşaq məktəbə, yaxud bağçaya getdikdə onda ağırlaşma riski daha da artır. Belə olduqda isə onun sonrakı dövrdə müalicəsi daha da çətinləşir. Bununla yanaşı, o digər uşaqları da virusa yoluxdurmuş olur. Çünki azyaşlı uşaqlarda immun sistemi tam formalaşmadığına görə, onların yoluxma riski yüksək olur. Yaxşı olar ki, xəstə uşaqlar bir neçə gün evdə qalıb tam sağaldıqdan sonra məktəbə getsinlər. Bundan başqa, havalar soyuyan zaman, xəstəliklərdən qorunmağın ən ideal yolu uşaqların vaksinasiyasıdır. Yeni doğulmuş uşaqları ilk 6 ayda passiv immunitet qoruyur. Amma növbəti dövrdə uşaqları infeksiyalardan qorumağın yeganə üsulu peyvəndlərdir. Yaxşı olar ki, uşaqlar vaxtında peyvənd olunsun".
Pediatr qeyd etdi ki, viruslarla mübarizədə uşağın sağlam qidalanması, düzgün yuxu rejimi önəmli rol oynayır: "Xəstəliklərlə mübarizə aparmaq üçün uşaqlar vaxtlı-vaxtında qidalanmalıdırlar. Bəzən valideynlər uşaqların gec saatlara qədər oyaq qalmasına məhəl qoymurlar. Belə uşaqlar adətən səhərlər gec oyanırlar. Bu, uşaqların  boy artımına, fiziki inkişafı ilə yanaşı, immun sisteminə də mənfi təsir göstərir. Əsas faktorlardan biri də təmiz havanın qəbul olunmasıdır. Havalar soyuyanda valideynlər uşaqlarını təmiz havaya çıxarmaqdan ehtiyat edirlər. Ona görə də uşaqları qapalı əyləncə, alış-veriş mərkəzlərinə aparırlar. Yaxşı olardı ki, uşaqlar bol miqdarda təmiz hava qəbul etsinlər. Düzgün geyim qaydalarına riayət etməklə, uşaqları mütləq  təmiz havaya çıxarmaq lazımdır. Əgər uşaqda qrip əlamətləri hiss olunursa, ona bol maye qəbul etdirməkdə fayda var. Həmçinin, burun tənəffüsünü bərpa etmək də vacibdir. Bunun üçün xüsusi məhlullardan və az miqdarda dəniz duzundan istifadə etmək olar".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1556   Tarix: 16 fevral 2020
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

turlar.az

geyim necə seçməli qadın geyimi geyim şəkilləri yay kolleksiyasi 2026 qonaq otagi daglar haqqinda qırmızı xalça kosmetika gözellik burcler haqqinda vətən haqqında atalar sözləri veten haqqinda atalar sozu veten haqqinda atalar sozleri