Spirtli içkidən imtinanın faydaları: Sağlamlıq və çox pula qənaət

Spirtli içkidən imtinanın faydaları: Sağlamlıq və çox pula qənaətMüntəzəm spirtli içki içən şəxslərin alkoqoldan imtina etdikdən sonra gündəlik həyatlarında hansı dəyişikliklərin olmasını öyrənmək maraqlıdır. Ümumiyyətlə, spirtli içkidən imtina nə qədər asandır?
Milli.Az sfera.az-a istinadən xəbər verir ki, Böyük Britaniyanın "The Telegraph" qəzeti əvvəllər spirtli içkilərdən müntəzəm istifadə edən edən 3 nəfərin oktyabr ayında fikirlərini öyrənib. 
Müsahibənin oktyabrda alınması təsədüfü deyil. Çünki Britaniyada artıq 10 ilə yaxındır ki, bu ay Ayıq Oktyabr kimi qeyd edilir, bununla bağlı xüsusi kampaniyalar həyata keçirilir. Böyük Britaniyada Ayıq Oktyabr xərçəng xəstəliyinə tutulan insanlara dəstək verən xeyriyyə təşkilatı Macmillan Xərçəng Dəstəyi (Macmillan Cancer Support) üçün maliyyə toplamaq məqsədilə keçirilir. 2014-cü ildən keçirilən kampaniyanın əsas məqsədi pul toplamaqdır. Lakin hərəkat pul toplamaqla yanaşı həm də içki düşkünlərinin alkoqola münasibətini müəyyənləşdirməyə imkan yaradır. Son bir neçə ildə Ayıq Oktyabr sadəcə Britaniyada deyil, bütün dünyada ümumi bir hərəkata çevrilib.
"The Telegraph" bir ay ərzində və ya ümumiyyətlə spirtli içkidən imtina etməyi seçmiş oxucularla danışıb. 
Xanım Kolin Tudor deyir ki, o içkidən imtina etməklə həyatının ən yaxşı dövrünü yaşayır. Tudor bir vaxtlar o qədər içki düşkünü olub ki, o, özünü "işləyən alkoqolik" kimi təsvir edir: "Ərim, iki uşağım, ipoteka kreditim və işim var idi. Müntəzəm içki içib piyan olurdum. Spirtli içkilərdən uzaqlaşmaq üçün məcbur olub AA (alkoqol aludələrinin anonim görüşləri) toplantısına getdim. AA iclasında mənim üçün ən böyük sürpriz 3 qadının da orada olması idi. Mən onların hekayələrini dinləyərək özüm üçün çıxış yolu tapa bildim. Bu topantılarda ilk bir neçə həftə çox çətin keçdi. Tədricən ayıq günlərimin sayını artırdım. Burada mənə hər həftə bir neçə AA iclasına getmək və AA-dan ayıqlıq haqqında mümkün olan hər bir ədəbiyyatı oxumaq kömək etdi. Tədricən alkoqolsuz günlər və həftələr keçirmək mənim üçün daha asan oldu".
Tudor alkoqoldan istifadə edən zaman elə düşünürmüş ki, spirtli içki qəbul etməsə həyat onun üçün əzablı olacaq. Lakin alkoqol istəyi azalmağa başlayandan Tudor həyatın daha maraqlı olduğunu görüb: "Spirtli içkidən uzaqlaşandan sonra itirdiyim illərə görə özünü günahkar bildim və daim özümü qınadım. Ancaq öyrəndim ki, keçmişi dəyişdirmək mümkün deyil və içki içdiyim illərimdəki uğursuzluqlar haqqında ailəmlə dürüst olmaq mənə narahatlıq və depressiyanı idarə etməyə kömək etdi".
Tudor indi gününü qaçmaqla, dağ gəzintisi etməklə və xizək sürməklə keçirir. O, 40 yaşına qədər müntəzəm və çox miqdarda spirtli içki qəbul etdikdən sonra alkoqoldan xilas ola bilib. 
Spirtli içki istifadə edən 61 yaşlı Dom Lou özünü alkoqol aludəsi kimi təsnif etmir. 
O alkoqoldan həzz aldığını və özünün "xoşbəxt sərxoş" olduğunu deyib. Onun fikrincə müəyyən fasilələrlə alkoqol qəbul etmək pis deyil: "Mən içməyə davam etməkdən xoşbəxt olduğumu etiraf edirəm. Amma əsas məsələ nə qədər alkoqol qəbul etməkdir. Bəzi insanlar müntəzəm alkoqol içməklə yanaşı, çox miqdarda spirtli içki qəbul edirlər ki, bu da insanın yavaş-yavaş özünü öldürməyinə oxşayır. Mən isə lazım olduqda günlərlə spirtli içki içmirəm. O cümlədən Ayıq Oktyabrı özün üçün spirtsiz ay elan etmişəm". 
Amma Dom etiraf edib ki, uzun müddət spirt qəbul etməməsi ona təsir edir. Bununla belə o iradəsinin güclü olan şəxslərin daha uzun müddət spirtli içkilərdən uzaq durmasının mümkün olduğunu deyib. 
Daha bir xanım Ksante Qreys də uzun müddət spirtli içki qəbul etdikdən sonra ondan imtina etməyi bacarıb. O altı il əvvəl, əlli yaşlarının ortalarında olarkən məhz Ayıq Oktyabr kampaniyasına qoşulmaqla bunu edə bilib. 
Qreys spirtli içki içməyə başladığından içkini dayandırdığı tarixə qədər olan dövrü belə xatırlayır: "On altı yaşım olanda internat məktəbində içməyə başladım. İçkiyə başlamağım düşdüyüm şəraitə uyğunlaşmaq istəyim ilə bağlı idi. Mən hər gün içməzdim. Amma bir ayın daha çox hissəsini içərdim və bəzən bir şüşə şərabı tamamilə boşaldardım.
Mən bir asılılıq yaratmışdım, amma bu, tam alkoqolizm deyildi. Sevinirəm ki, bunun da bir problem olduğunu müəyyən etdim və çox gec olmadan spirtli içki qəbulunu dayandırmağa qərar verdim. 
Başlanğıcda içki içməyimlə bağlı qaydalar yaratdım. Yalnız həftə sonları və axşam saat 6-dan sonra içirdim. İçki qəbul etdikdə isə maksimum 2 qədəh şərab qəbul edirdim. Bu rejim uzun müddət sürdü və anladım ki, mən bir spiralın içindəyəm və az içsəm də alkoqoldan uzaqlaşa bilmirəm. 
Alkoqolla tam vidalaşmaq üçün One Year No Beer (Bir İl Pivəsiz) adlı onlayn icmaya qoşuldum. Mənimlə eyni vəziyyətdə olan insanların olması mənə ruh yüksəkliyi gətirirdi. Mən o insanlarla özümü müqayisə edərək daha yaxşı vəziyyət yaratmağa çalışırdım. Başqaları ilə fikirlərimi bölüşmək mənim uğurumun ən böyük açarı olub. Mən hələ də həmin cəmiyyətin üzvüyəm". 
Qreys alkoqoldan imtina etdikdən sonra gördüyü bəzi faydaları da açıqlayıb: "İndi yuxum daha yaxşıdır, dərim yaxşılaşıb, menopoz əlamətlərim demək olar ki, bir gecədə yox oldu. Daha çox enerjim var, arıqladım və gün ərzində iş üçün daha çox vaxt ayıra bilirəm. Qırx ildən sonra yenidən fortepiano çalmağa başladım, oxumağın sevincini yenidən kəşf etdim və hətta karyeramı dəyişdim. İnsanlara ən sağlam və ən yaxşı həyatlarını yaşamağa kömək etmək istədiyim üçün sertifikatlı sağlamlıq məşqçisi oldum. Mən həm də çoxlu pula qənaət etdim". 
Milli.Az

Xəbərlər     Baxılıb: 1466   Tarix: 28 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

turlar.az

hamiləlik kosmetoloq geyim dəbləri hamileliyin ilk elameti hind geyimləri fatimə fətəliyeva günay musayeva kosmetika sirniyatlar novruza aid hakisda baldiz həsən bəy zərdabi qizliq perdesi