Stafilokokk xəstəlikləri

Stafilokokk xəstəlikləriStafilokokk bakteriyaları hər bir yerdə tapılması mümkün olan bakteriyalardır. Onlara insanın ağzında, burnunda və hətta dəri toxumasının üstündə də rast gəlmək olur. İnsanın orqanizmi sağlam olduqda stafilokokklar heç bir təhlükə yaratmır, bəzi hallarda dəridə xırda sızaqlarla özlərini biruzə verirlər.
Orqanizmin immuniteti, müdafiə qüvvəsi aşağı düşdükdə isə stafilokokkların fəaliyyətinin qabağını almaq çətin olur. Çünki bu zaman stafilokokklar qana daxil olaraq orqanizmin hər yerinə yayılır və sümüklərdə, ağciyərlərdə, ürəkdə ölümcül xəstəliklərə səbəb ola bilirlər.
Stafilokokk nədir?
Stafilokokk bir çox xəstəliklərə səbəb ola bilən bakteriya növüdür. Bu bakteriya növü canlılara toksiki təsir göstərə və bir çox xəstəliklərin əmələ gəlməsinə səbəb ola bilir. İstiyə və qaynamağa və bəzi antibiotiklərə qarşı davamlıdırlar.
İnsanların bir çoxu qanında stafilokokk bakteriyası gəzdirir. Stafilokokk bakteriyası insandan insana yoluxa bilir. İnfeksiya insana istənilən yolla yoluxur və asanlıqla xəstəlik əmələ gətirir. Stafilokokk gəzdiricisi olan ananın dünyaya gətirdiyi körpənin də qanında stafilokokka rast gəlmək olur. İnfeksiya bəzən orqanizmə yanıq yaralarından, əməliyyat yaralarından da daxil ola bilir. Stafilokokk infeksiyası orqanizmdə aşağıdakı əlamətlərlə özünü göstərə bilir:
- yüksək temperatur
- ürəkbulanma
- dəridə qızartılar
- dəridə irinli yaralar
- intoksikasiya əlamətləri
- arıqlama
- immunitetin daha da aşağı düşməsi
- dərinin solğunlaşması
- əzələlərdə ağrılar.
Stafilokokk infeksiyasının orqanizmdə əmələ gətirdiyi xəstəliklər onlarladır - frunkul, karbonkul, angina, stomatit, müxtəlif bağırsaq infeksiyaları, müxtəlif cür dermatitlər, plevrit, müxtəlif ağciyər xəstəlikləri, enteritlər, perikardit, miokardit, revmatizm, endokardit, peritonit, meningit, sepsis və s.
Stafilokokka yoluxma təhlükəsi altında olan şəxslər bunlardır:
- xroniki xəstələr
- immuniteti aşağı olanlar.
İnfeksiyadan daha çox zərər görməmək üçün bu hallarda həkimə müraciət edilməlidir:
1. Dəridə qizartı və ya irinli proses olduqda.
2. Bir neçə gün qızdırma baş verdikdə.
3. Sümüklərdə və əzələlərdə səbəbsiz ağrılar olduqda.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1057   Tarix: 03 yanvar 2023
f Paylaş

Oxşar xəbərlər

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

turlar.az

maskalar toy makiyajlari qis geyimləri 2026 toy qabağı şəbəkə sənəti 2026 payiz qis kolleksiyasi hamilelikde axinti kosmetika xerceng intim munasibetler vetene aid bayati azərbaycan orqazm