Stəkanı 20 manata olan eşşək südü qızılcanın dərmanıdır? – Həkimdən açıqlama

Stəkanı 20 manata olan eşşək südü qızılcanın dərmanıdır? – Həkimdən açıqlamaStəkanı 20 manata satılan, qədimdən nənələrin öskürək dərmanı eşşək südü qızılca və göyöskürək epidemiyasında yenidən aktuallaşıb.
Sosial şəbəkələrdə analar eşşək südü axtarır, dərmanların yox, məhz bu südün uşağa kömək etdiyini yazır. həkimlər bunu qəti tövsiyə etməsə də fakt faktlığında qalır.
Eşşək südü həqiqətənmi uşaq xəstəliklərinin qənimidir?
Milli.Az xəbər verir ki, medicina.az-a açıqlamasında tanınmış həkim Seyfəddin Əsəd eşşək südünün faydası və təsirindən danışıb.
"Eşşək südünün tərkibini, özəlliyini, təsir mexanizmini hələ öyrənməyiblər. Amma göyöskürəyi çox yaxşı kəsir. Bu xəstəlikdə nə içirsən faydalı olmur, xəstəyə əziyyət verir. Qədimdən eşşək südü ilə antibiotik olmayan vaxtlarda uşaqları sağaldırdılar. Qızılcada da çox yaxşı təsir edir. İnək südü bişirilib, qaynadılıb verilməlidir ki, brüselyoz keçməsin, amma eşşək südü çiy verilir. Yəni onun tərkibi o qədər keyfiyyətlidir ki, qaynatmağa ehtiyac yoxdur. Eşşək südü ana südünə də tərkibcə yaxındır. Bütün mövcud südlərin içində çox güclüdür. Bu süd qiymətlidir, 2 günə kəsilməyən öskürəyi kəsir".
Həkim bildirib ki, Avropada, qonşu Türkiyədə eşşək təsərrüfatları var. Bu heyvanın əti də, südü də faydalıdır. Bizdə də bu sahə artırılmalıdır.
"Almaniyada Reyn çayı sahilində eşşəyə abidə qoyublar. Azərbaycanda eşşək və at əti qanunla qadağan deyil. Sadəcə qanunsuz satanları tuturlar, qoymurlar. Türkiyədə araşdırın, nə qədər eşşək təsərrüfatı var. Satırlar, yeyirlər, heç kim də xəstələnmir. Bildiyim qədəri ilə Bakı ətrafında, Qaradağda onun təsərrüfatını yaratmışdılar, çox təəssüf ki, oju yığışdırdılar. Özü də aiddiyatı olmayan qurumlar, adamlar mübarizə apardılar. İndi dünyanı epidemiyalar cənginə alıb, görürsüz, nə qədər xəstə, uşaqlar da ölür, əgər bu dərmandırsa, bunu artırmaq lazımdır, qadağan etmək yox. Çox qiymətli məhsuldur, həm uşaqlar, həm böyüklər də içə bilər. Dünyanın heç yerində eşşək südünə qadağa yoxdur".
Milli.Az

Xəbərlər     Baxılıb: 1364   Tarix: 26 yanvar 2024
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

turlar.az

adlarin menasi sac duzumleri toy makiyaji sekilleri zaur gunay gozlerin bezedilmesi 2026 payiz geyimleri hicab ortukleri kosmetika rus dili haqisda haxisda intim munasibetler novruza aid hakistalar