Stres keçirən hər kəs xərçəngə tutulur? – ARAŞDIRMA

Stres keçirən hər kəs xərçəngə tutulur? – ARAŞDIRMADünyada xərçəng xəstələrinin sayının 2030-cu ilə qədər üçdə bir artaraq dörd milyona çatması gözlənilir. Bəzi alimlər bunu stres səviyyələrinin yüksəlməsi ilə əlaqələndirir.
Həkimlər də illərdir bir çox xəstələrin xərçəngin başlamasından qısa müddət öncə travmatik hadisələr (yaxınını itirmək, boşanma və s.) keçirdiklərini öyrənirlər.
Ancaq hələ də stresin birbaşa xərçəngə səbəb olub-olmadığı dəqiqləşdirilməyib.
Stres hormonlarının xərçəngə təsirini araşdıran Brighton Universitetindən professoru Melani Flint deyir:
"Mənim fikrimcə, bu həm ilk növbədə xərçəngin yaranmasına, həm də sonrakı mərhələdə xəstəliyin yayılmasına kömək edir. Lakin stres birbaşa səbəb deyil, sadəcə amillərdən biridir".
Böyük populyasiyaların tibbi məlumatlarını təhlil edən bəzi tədqiqatlar da bunu dəstəkləyir.
Finlandiyada 15 il ərzində 10 000 qadını izləyən araşdırmaçılar yas tutan qadınların beş il ərzində döş xərçənginə tutulma ehtimalının daha çox olduğunu görüblər.
İş yerində stresə məruz qalmağın 65 yaşa çatmamış kişilərdə prostat vəzi xərçəngi və qadınlarda döş xərçəngi riskinin artması ilə əlaqəli olduğu aşkarlanıb.
Xərçəng Tədqiqatları İnstitutunun Təkamül və Xərçəng Mərkəzinin direktoru professor Trevor Qrahamın sözlərinə görə, əldə edilən məlumatlara baxmayaraq, stress və xərçəng arasında qəti əlaqə qurmaq hələ də mümkün deyil.
"Problem stresin adətən xərçəng riskini artıran digər amillərlə müşayiət olunmasıdır. Stresli həyat sürən insanlar siqaret çəkir, həddindən artıq spirtli içki qəbul edir, az hərəkət edir və qeyri-sağlam qidalanırlar. Bütün bunlar eyni zamanda stres səbəbləridir və xərçəng üçün risk faktoru kimi qiymətləndirilirlər. Buna görə də xəstəliyə səbəb amilləri tam ayırd etmək çətindir", - professor deyib.
Flint isə deyir ki, stres hormonu kortizol hər hüceyrədə olan reseptorlara bağlanır və iltihab da daxil olmaqla, müxtəlif prosesləri tənzimləyir. Stres və kortizol immunitet sistemini də məhv edə bilir.
Alimlər laboratoriya mühitində stresin hüceyrələrə təsirini təqlid etməyə çalışıblar. Təcrübələr stresin DNT-yə zərər verdiyini və hüceyrələrdə dəyişikliklərə səbəb olduğunu, eləcə də çoxalmasına icazə verildiyi təqdirdə xərçəngə çevrilə biləcəyini ortaya çıxarıb.
Bununla belə, mütəxəssislər hər stresə məruz qalan insanın xərçəngə tutulacağını deməyin mümkün olmadığını bildirirlər. Ancaq stresin xərçəngə tutulduqdan sonra onun orqanizmdə yayılmasında stresin birbaşa rol oynadığı mövsuzunda demək olar ki, hər kəs eyni fikirdədir.
Milli.Az

Xəbərlər     Baxılıb: 1014   Tarix: 21 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Keyfiyyətli kərə yağı necə seçilir?

İlk baxışda kərə yağı seçmək çox sadə görünür. Lakin praktikada "kərə yağı" adı ilə satılan məhsullar keyfiyyət baxımından bir-birindən əhəmiyyətli dərəcədə fərqlənə bilər. Bəzi istehsalçılar daha ucuz xammalda

.

Günəşdən qorunmağın yeni üsulu: Moruq tumu yağının möcüzəvi faydaları

Yay aylarının gəlməsi ilə günəşdən qorunma vasitələrinə maraq artıb. Bir çox insan yüksək qoruyucu faktorlu günəş kremlərinə üstünlük versə də, bəziləri daha təbii alternativlər axtarışındadır. Son dövrlər bu axtarışın ə

.

Əncir haqqında maraqlı faktlar, tərkibində həşərat cəsədi var imiş

Yaz aylarının sevilən meyvəsi olan əncir haqqında sosial mediada yayılan məlumatlar yenidən müzakirə mövzusuna çevrilib. Bir çox insanın sadə bir meyvə kimi yediyi əncirin əslində necə formalaşdığını bilirdinizmi?. xəbə

.

Nevroloq: Kofein qəbulunu qəfil dayandırmaq miqren tutmalarına səbəb olur

Kofein bəzi hallarda miqren ağrılarını yüngülləşdirə bilər. Mütəxəssislərin fikrincə, qəhvə və bəzi qazlı içkilərin tərkibində olan kofein müəyyən hallarda miqren tutmalarının şiddətinin azalmasına kömək edir. Nevroloq Kseniy

.

Dərin və sağlam yuxu üçün təbii həll: Aşvaqanda

Modern həyatın sürətli tempi bir çox insanın keyfiyyətli yuxu almasına mane olur. Bir çox insan bu problemin həllini yan təsirləri ola bilən sintetik yuxu dərmanlarında axtarır. Son illərdə isə sağlamlıq dünyası bu problemi

.

Yumurtadan qat-qat çox protein bərpa edir: Yaşıl mərcini yeyən xəstəlik nədir bilmir

Sağlam bədən quruluşu və inkişaf üçün lazım olan protein ehtiyacının ödənilməsində bitki mənşəli qidalar ön plana çıxır. Mütəxəssislər yaşıl mərcinin heyvani protein mənbələrinə güclü bir alternativ olduğunu bildirirlər

.

İsti havalarda su əvəzinə süd için

Yay aylarında yüksək temperatur səbəbindən orqanizm daha çox maye itirir. xəbər verir ki, mütəxəssislər bildirirlər ki, su əsas maye mənbəyi olaraq qalsa da, bəzi içkilər bədənin daha uzun müddət nəmlənməsinə kömək edə bilər

.

Hovuz suyunun gözlərə zərəri

Hovuz və açıq su hövzələrindəki su gözlərdə qıcıqlanma, quruluq və hətta konyunktivitə səbəb ola bilər. axşam.az-a istinadən bildirir ki,  oftalmoloqların sözlərinə görə, xüsusilə xlor və sudakı bakteriyalar göz sağlamlığın

turlar.az

geyim dəbləri sade makiyaj sekilleri geymler 2026 çanta normal yuxu janrlar peçenyelər kosmetika lakonizm yuxuda qara ilan gormek babasil yemekler yutube