Stres, yoxsa narahatlıq?

Stres, yoxsa narahatlıq?Stres və narahatlıq gündəlik həyatın bir hissəsinə çevrilmiş vacib zehni və fiziki reaksiyadır.
Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, stres və narahatlıq oxşar simptomlarla özünü göstərə bilər və bəzən onları ayırd etmək çətin olur.
Bununla belə, onların arasındakı fərqləri başa düşmək və düzgün mübarizə üsullarını öyrənmək psixi sağlamlığınızın qorunmasında mühüm rol oynayır.
Stres zehni və ya fiziki təzyiqə cavab olaraq baş verir. Narahatlıq isə açıq-aydın səbəb olmadan belə hiss oluna bilən vəziyyətdir. Stres və narahatlıq fiziki və psixoloji simptomlara səbəb ola bilər.
Stresin simptomlarına başgicəllənmə, əzələ gərginliyi, mədə problemləri, yuxusuzluq və əsəbilik, narahatlığa isə davamlı gərginlik və təşviş, tez-tez tərləmə, diqqət dağınıqlığı, ürək döyüntüsünün artması daxildir.
Stres müəyyən bir səbəb və ya problemlə baş verir və bunlar keçdikcə azalmağa başlayır. Məsələn, hər hansı ev tapşırığının və ya layihənin son tarixi yaxınlaşdıqda yaşanan stres, təqdimatdan sonra keçir. Narahatlıq isə səbəb olmadan və daha uzun müddət çəkə bilər.
Həyatınızdakı böyük dəyişikliklər (evlilik, ölkə dəyişmə, xəstəlik), iş təzyiqi və ya ailə münaqişələri kimi vəziyyətlər stresin ümumi səbəbləridir.
Narahatlıq ortalıqda heç bir səbəb olmadan, hər an pis bir şey baş verəcəyi hissi ilə yaşamaqdır.
Daimi stres və narahatlıq hissləri bəzi psixi sağlamlıq pozğunluqlarının əlamətləri də hesab olunur.
Stres və narahatlıq bir-birinə çevrilə bilər. Stress uzandıqda, narahatlığa səbəb olur. Məsələn, daimi iş təzyiqi ilə qarşılaşan bir insan zamanla ümumi bir narahatlıqlarla həyatına davam edir.
Stres və narahatlıq qaçılmaz olsa da, bu duyğular gündəlik həyata təsir edəcək səviyyəyə çatdıqda, onları ciddi qəbul etmək və lazım gəldikdə peşəkar kömək almaq lazımdır.
Bəs, hər ikisindən necə xilas olaq?
Fiziki fəaliyyət endorfinləri buraxaraq stres və narahatlıq səviyyələrini azalda bilər. Həmçinin meditasiya və nəfəs məşqləri ilə zehni sakitləşdirmək və diqqəti artırmaq streslə mübarizədə təsirlidir.
Bundan başqa, kifayət qədər yuxu almaq stres və narahatlığı idarə etmək üçün vacibdir.
Təmiz havada qısa bir gəzinti də sizi stres və narahatlıq kimi yorucu hisslərdən uzaqlaşdırır.
Unutmayın ki, stres və narahatlıq xroniki xəstəlikləri artırır.
Milli.Az

Xəbərlər     Baxılıb: 1378   Tarix: 09 noyabr 2024
f Paylaş

Oxşar xəbərlər

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

turlar.az

makiyaj instagram qadin sayti qaşların formalari alma cemli piroq şirniyyat ve tortlar dunyanin en seksual qadinlari qaraqoyunlu dərəsi kosmetika gəncə bayatılarımızda vətən həsrəti englishdilində qulaq vətənə aid bayatı xeyanet