Stresi aradan qaldırmaq üçün bunlardan yeyin
Narahatlıq və həyəcanın öhdəsindən gəlmək üçün dərhal dərman almağa ehtiyac yoxdur, rasionunuzu tənzimləməyə başlaya bilərsiniz.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı psixoterapevt, tibb elmləri namizədi, Federal Qidalanma və Biotexnologiya Araşdırma Mərkəzinin klinik qidalanma klinikasının diaqnostika şöbəsinin həkimi Oleq Qladışev hansı qidaların insanları sakitləşdirməyə və stresi aradan qaldırmağa kömək etdiyi barədə danışıb.
Mütəxəssisin fikrincə, şokolad kimi sürətli karbohidratlar stresin dərhal qarşısını almağa kömək edir:
"İdeal olaraq, tərkibində 70% kakao olan tünd şokoladı seçin. Ümumiyyətlə, rasion elə qurulmalıdır ki, tərkibində həmişə stres və narahatlığın qarşısını almağa kömək edən qidalar olsun. Bundan ötrü gündəlik menyuya ət daxil edilməlidir. O, yavaş-yavaş həzm olunur və enerjini tədricən buraxır".
"Qarabaşaq və yulaf yarması da pis əhvali-ruhiyyəni aradan qaldırmağa kömək edir. Onların tərkibində əhvali-ruhiyyəni yaxşılaşdıran sevinc hormonu olan serotoninin sələfi olan triptofan var. Bundan əlavə, süd məhsullarını da unutmayıb. Onlar bağırsaq mikroflorasına faydalı təsir göstərir və immunitet sistemini gücləndirirlər", - deyə Qladışev fikrini tamamlayıb.
Milli.Az









8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Yerimək üçün çox darıxmışam
Azərbaycanlı şoumen xanımına xəyanət etdiyi aktrisa ilə evləndi
Məşhur müğənni 7-ci dəfə evləndi
Ayça Bingöl "Aşk və Taxt" serialının heyətinə qoşuldu
Rəqsanənin qızı adını dəyişdi - FOTO
Azərbaycanlı iş adamı model xanımı ilə Bakıya gəldi
Rəqsanənin qızı adını dəyişdi - FOTO
Səninlə keçirdiyim illər üçün Allaha minnətdaram
Artıq ana olmağa hazıram' - Hadisə
Yuxu üçün ideal otaq temperaturu neçədir?
63 yaşlı müğənni plastik əməliyyat etdirdi - FOTO