Su basan evlərdə yaşayanlar risk altındadır - Tənəffüs yolları, bronxlar və ağciyərlər

Su basan evlərdə yaşayanlar risk altındadır - Tənəffüs yolları, bronxlar və ağciyərlərSon günlər yağan intensiv yağışlardan sonra evləri su basdı. Həmin evlərin divarındakı rütubət və nəm insanların sağlamlığı üçün müəyyən risklər formalaşdırır.
Terapevt Günay Lətifova Milli.Az-a açıqlamasında bildirib ki, bu vəziyyəti iki mərhələdə qiymətləndirmək lazımdır.
Onun sözlərinə görə, birinci mərhələdə uzun müddət rütubətli mühitdə yaşayan insanlar yer alır:
"Xüsusilə subtropik zonalarda yaşayan şəxslər davamlı şəkildə nəmişliyə məruz qalırlar. Bu isə onların böyük bir hissəsində artıq mövcud olan xroniki xəstəliklərin yaranmasına və ya ağırlaşmasına səbəb olur. Tənəffüs yolları, bronxlar və ağciyərlərlə bağlı problemlər daha çox müşahidə edilir".
İkinci mərhələ isə qısa müddətdə yaranan rütubətlə bağlıdır. Terapevt qeyd edib ki, yağışlardan sonra əmələ gələn nəmişlik vaxtında aradan qaldırılmazsa, sağlamlıq üçün ciddi fəsadlar yarada bilər:
"Əgər bu vəziyyət operativ şəkildə aradan qaldırılarsa, əsasən soyuqdəymə halları ilə kifayətlənə bilər. Lakin nəmişlik uzun müddət qalarsa, kəskin xəstəliklərin xroniki formaya keçməsi qaçılmaz olur".
G.Lətifova əlavə edib ki, rütubətli mühit ən çox tənəffüs yollarına və böyrəklərə mənfi təsir göstərir:
"Bronxlar və ağciyərlər bu şəraitdə daha çox zərər görür. Eyni zamanda, böyrəklər də risk altına düşə bilər. Su basan evlərdə, ümumilikdə nəmişlik olan evlərdə bakteriyalar inkişaf edir və birbaşa olaraq ağciyərə, bronxlara mənfi təsir edir".
Terapevt profilaktik tədbirlərin vacibliyini də diqqətə çatdırıb. Onun sözlərinə görə, ev seçərkən və ya kirayə mənzilə köçərkən rütubət amili mütləq nəzərə alınmalıdır:
"Bəzi hallarda insan evin daxilində nəmişliyi hiss etməsə də, bu, orqanizmə təsir edir. Hətta qış aylarında ev daxilində paltarların qurudulması da əlavə rütubət yaradır və bu, sağlamlıq üçün arzuolunmazdır".
Subasmış evlərlə bağlı vəziyyətə də toxunan terapevt bildirib ki, belə hallarda əsas məsələ insanların özlərini qorumasıdır:
"Bu cür şəraitdə yaşayanlara tövsiyəm odur ki, mümkün qədər quru mühitdə qalsınlar. Əks halda, mövcud kəskin xəstəliklər xroniki formaya keçə bilər".
Sonda həkim kəskin və xroniki xəstəliklər arasındakı fərqi də izah edib:
"Kəskin xəstəlik hazırda mövcud olan, ani yaranan vəziyyətdir. Xroniki xəstəlik isə uzun müddət davam edən və artıq orqanizmdə qalıcı hala keçmiş problemlərdir".
Mina Mikayılova
Milli.Az

Xəbərlər     Baxılıb: 1259   Tarix: 09 aprel 2026
f Paylaş

Oxşar xəbərlər

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar

Çində ofis işçiləri arasında "ofis qocalması" adı ilə yeni bir trend yayılıb. İşçilər ofis işıqlarının və kompüter ekranlarının yaydığı ultrabənövşəyi şüalardan qorunmaq üçün iş masalarının üzərində günəş çətirlər

.

ABŞ-də yumurtada salmonella epidemiyası tapıldı

ABŞ-nin Kaliforniya ştatının İctimai Səhiyyə Departamenti istehlakçıları 23 nəfərin xəstələnməsinə səbəb olan salmonella (əsasən çirkli və ya yaxşı bişməmiş qida vasitəsilə keçən, ishal və qızdırma ilə özünü göstərən bakteria

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərini

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbə

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

turlar.az

donlar 2026 hamilelikde qidalanma qadin dunyasi ekzema xəstəliyi hamiləlik həftələri soyuqdəymədən necə qorunmalı yay koftalari kosmetika novruz bayramı bayati paxlava azerbaycanli is adami amerikada gullelendi bayatilar