Südəmər uşağın qidalanması

Südəmər uşağın qidalanmasıƏt kiçik uşaq orqanizminin böyüməsi üçün lazım olan zülallarla zəngindir. Mal əti, toyuq və hind quşu ətinin tərkibində 20-21% zülal var. Ətin tərkibi dəmir, maqnium, sink və B qrup vitaminlərlə zəngindir. Uşağın 6 aylığından tez ət yeməyi məsləhət görülmür. Uşağı ətə öyrəşdirərkən ilk dövrlərdə ət suyunda bişirilmiş tərəvəz püreləri və ya qidalarla başlamaq lazımdır. Ətin suyunu tək və ya qarışım halında uşağa yedirmək olur. Bunun üçün 6 ayından sonra gündə 1 dəfə uşağa az miqdarda ət suyu içirmək və ya ət sıyığı bişirmək lazımdır. Ət sıyığını bişirən zaman ətin suyuna düyü, kartov, yerkökü, soğan, kələm və s. tökərək püre halına gəlnə qədər bişirmək lazımdır. Yeddinci aylığında olan uşağa asanlıqla ət suyunda həl bişmiş tərəvzlərin qarışımından hazırlanan püreni yedizdirmək olar. Bu yaşda uşağa gün ərzində 60-70 qram ətin özünü də püre şəklində yedizdirmək olar. Meyvə Altı aylığından sonra uşağa meyvə şirəsi və ya meyvələrin qarışımından hazırlanan pürelər vermək mümkündür. Mevyvə şirələri və onlardan hazırlanan pürelər çox dadlı olur və uşaqlar onu ləzzətlə yeyirlər. Buna səbəb isə meyvələrin tərkibində olan təbii qlükoza, fruktoza və saxarozadır. Meyvələrin tərkibində olan təbii turşular uşaqların həzm prosesinə təsir edir, buna görə də onları qəbul etdikdə uşaqların bağırsaqları ilə problemləri meydana çıxa bilir. Meyvə şirələri və püreləri uşaq orqaniminin kaliumla zənginləşməsinə səbəb olur. Südəmər uşaqlara meyvə verməyə başladıqda ilk növbədə alma və ya armud şirələrindən başlanılır. Meyvə şirələri verən zaman uşağın allergiyası olub-olmamasını və uşağın bağırsaqlarının meyvə şirələrinə qarşı verdiyi reyaksiyaları nəzarət altında sxlamaq lazımdır. Meyvə şirəsi içən zaman uşaqlar adətən ardını da istəyirlər, amma, ilk gün az miqdar verib bağırsaqlarını nəzarət altında saxamaq, sonrakı günlər isə miqdarını artırmaq lazımdır. Uşaqlara meyvə şirələriinin miqdarını onların bağırsaqıarnın verdiyi reyaksiyaları nəzarət altında saxlayaraq vermək lazımdır. Kəsmik, qatıq Süd turşusu məhsullarını da uşağa bir yaşına qədər vermək mümkündür. Südəmər uşağa 7-8 aylığından qatıq və ya kəsmik verilir. Bu qidalar uşaq orqanizmi üçün çox faydalıdır. Südəmər uşağa qatıq və ya kəsmik verərkən onu ev şəraitində özünüz hazırlayıb verməlisiniz. İlk növbədə uşağa kəsmik vermək lazımdır. Kəsmik uşaq orqanizminin zülala, kalsiuma və yağa olan ehtiyacını ödəyir. 7-8 aylığından uşağa gün ərzində rahatlıqla 50 qram kəsmik və ya qatıq vermək mümkündür. Yumurta Yumurta sarısı zülal, yağ və minerallarla zəngindir. Amma, yumurta sarısını uşağa ehtiyatla vermək lazımdır, çünki, yumurta sarısı allergik reyaksiyalara səbəb ola bilir. 6 aylığından tez uşağa yumurta arısı vermək məsləhət bilinmir. Uşağa yumurta verməyə başlamazdan əvvəl ona az miqdarda yumurta sarısı vermək, sonra bir müddət gözləmək lazımdır. Gözləməkdə məqsəd uşağın yumurta sarısına qarşı allergiyasının olub-olmamasını yoxlamaqdır. İlk günlərsə yumurta sarısını həftədə 2 dəfədən çox vermək olmaz. Uşağın 1 yaşı birdikdən sonra ona bir bütöv suda bişmiş yumurta vermək olar.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1890   Tarix: 17 yanvar 2023
f Paylaş

Oxşar xəbərlər

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

turlar.az

hamilelikde qidalanma hamiləlik geyim dəbləri limon maskasi öskürəyin təbii müalicəsi valideynlərə məsləhət milli yeməklər kosmetika masturbasiya oglaq damla vidyolar haxisda