''Sülh və əməkdaşlığa çağırış'' - FOTOLAR

Sentyabrın 29-da Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun, Xaçmaz Rayon İcra Hakimiyyətinin, "Azərbaycan" qəzetinin və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə Xaçmaz şəhərində "İslam Həmrəyliyi: sülh və əməkdaşlığa çağırış" mövzusunda konfrans keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Xaçmaz rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, Milli Məclisin deputatı, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Hacı Salman Musayev, Milli Məclisin deputatı Eldəniz Səlimov, eləcə də rayon ziyalıları, dini və milli icmaların nümayəndələri, yerli və respublika miqyaslı qəzetlərin baş redaktorları iştirak ediblər.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli tədbir iştirakçılarını salamlayaraq Xaçmazda multikultural və tolerant mühitin hər zaman yüksək səviyyədə olduğunu, burada müxtəlif azsaylı xalqların dinc şəraitdə yaşadıqlarını diqqətə çatdırıb.
V.Səfərli qeyd edib ki, dünyada milli və dini zəmində münaqişələrin gücləndiyi bir zamanda Azərbaycanın irəli sürdüyü İslam həmrəyliyi ideyası münaqişə ocaqlarının qarşısını almağa, bəşəriyyəti sülh və barışa çağıran mütərəqqi təşəbbüsdür. V.Səfərli bu ilin may ayında IV İslam Həmrəyliyi Oyunlarının Bakı şəhərində yüksək səviyyədə təşkilini ölkəmizin İslam həmrəyliyinin möhkəmləndirilməsi işinə növbəti sanballı töhfəsi kimi dəyərləndirib: "Bu yarışları işıqlandırmaq üçün 1000-dən çox media nümayəndəsi akkreditasiyadan keçmişdi. Azərbaycan mediası ilk Avropa Oyunlarında və "Formula-1" yarışlarında olduğu kimi, IV İslam Həmrəyliyi Oyunlarının da yerli və beynəlxalq ictimaiyyətə çatdırılmasında əsl vətənpərvərlik nümayiş etdirdi və üzərinə düşən vəzifələrin öhdəsindən inamla gəldi".
V.Səfərli qeyd edib ki, 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi ili" elan olunması respublikamızın multikulturalizm və tolerantlıq sahəsində əldə etdiyi tarixi uğurların geniş təbliğini zəruri edir. İcraçı direktor bu məqsədlə Fondun təşkilatçılığı ilə 2017-ci ilin aprel ayında Lənkəran şəhərində "İslam həmrəyliyinin təbliği və təşviqində medianın rolu" mövzusunda ilk regional konfransın keçirildiyini xatırladıb.

Çıxışını davam etdirən Vüqar Səfərli bildirib ki, "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyası"nda əksini tapmış 19 əsas istiqamətdən biri də "Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi"dir. İcraçı direktor bildirib ki, 2016-cı il və 2017-ci ilin 9 ayında Fondun maliyyə yardımı ilə 3 qəzet bu istiqamət üzrə layihə icra edib, həmin qəzetlərdə 400 səhifəyədək yazı dərc olunub. Fondun 2016-cı il və 2017-ci ilin birinci yarısında keçirdiyi fərdi jurnalist yazıları müsabiqələrində həmin istiqamət üzrə 50-dək yazı təqdim edilib, 30 nəfər jurnalist qalib olaraq mükafatlandırılıb.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Eldəniz Səlimov bildirib ki, multikulturalizmin Azərbaycan modelinin tətbiqi qlobal təhdidlərə rasional və səmərəli cavabdır. Milli Məclisin deputatı həmçinin qeyd edib ki, Azərbaycanda dövlət siyasəti kimi elan olunan multikulturalizmin təbliği və bu istiqamətdə maarifləndirmə işlərinin aparılması xalqımızın yüzillər boyu formalaşmış mənəvi mədəniyyət xəzinəsinin gələcək nəsillərə çatdırılmasına xidmət edir. E.Səlimov ötən illərdə ölkəmizdə dini münasibətlərin tənzimlənməsi məqsədilə mükəmməl qanunvericilk bazasının formalaşdırıldığını da xüsusi qeyd edib.

Tədbirdə çıxış edən Xaçmaz rayon Rus icmasının rəhbəri Navi Azər, Xudat şəhəri 3 saylı tam orta məktəbin direktoru Ofelya Sərkərova ölkəmizin İslam sivilizasiyasının mühüm mərkəzlərindən birinə çevrildiyini, milli və dini tolerantlıq sahəsində ciddi uğurlara imza atdığını vurğulayıblar. Çıxışlarda birgə konfransın əhəmiyyətindən söz açılıb, Azərbaycandakı mövcud dövlət-din münasibətlərinin, eləcə də məzhəblərarası əməkdaşlıq və etimad mühitinin İslam ölkələri üçün uğurlu nümunə olduğu qeyd edilib.

Tədbiri yekunlaşdıran Xaçmaz rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev belə konfransların təşkilinin təbliğati və siyasi baxımdan əhəmiyyətini xüsusi vurğulayıb. Rayon icra hakimiyyətinin başçısı ölkə rəhbərliyinin yürütdüyü uğurlu siyasətin nəticəsi olaraq Azərbaycanın bundan sonra da dünyada sülh və həmrəylik təşəbbüskarlarından biri kimi çıxış edəcəyini vurğulayıb.
''Sülh və əməkdaşlığa çağırış'' - FOTOLAR''Sülh və əməkdaşlığa çağırış'' - FOTOLAR

Xəbərlər     Baxılıb: 1518   Tarix: 02 oktyabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

turlar.az

reseptler qadın geyimi geyim necə seçməli qaynar qazan 2026 qadın ayaqqabı modelləri ayaqqabı və çanta qonaq otagi dizaynlari kosmetika arxadan olmag rus dili seksi novruz bayramı haxışta xlor lekesi