Sumqayıtda 13 yaşlı qızı ərə verdilər, 14 yaşlını isə... - DƏHŞƏTLİ FAKTLAR

Sumqayıtda 13 yaşlı qızı ərə verdilər, 14 yaşlını isə... - DƏHŞƏTLİ FAKTLAR"Erkən nikahların sayı artmaqdadır. Hətta iri şəhərlərdə belə orta məktəblərin yuxarı siniflərində nişanlı qızların və məktəbdən yayınan qızların sayı çoxalır".

Xanımaz milli.Az-a istinadən xəbər verir ki, bu sözləri xeberle.com-a açıqlamasında "Qadın təşəbbüsü və sosial problemlərin həllinə yardım" İctimai Birliyinin sədri Zenfira Mustafayeva deyib. O, Sumqayıtda azyaşlı qızların ərə verilməsindən danışıb və bu halların Sumqayıtda da baş verdiyini bildirib:

"Ata namusdan, qeyrətdən dəm vurub deyir ki, qızı nə qədər tez versəm, namussuzluq damğasından sığortalanmış olaram. Elə həmin namus etalonu sayılan ata, öz körpə balasını yad, yaşlı kişinin ixtiyarına verir ki, onunla necə istəyirsən davran. Rəsmi nikaha yaşı düşməyən qızcığazın başına min oyun gətirilir, gündə min dəfə öldürülüb-dirildilir və sonda körpə balaları ilə küçəyə atılır. Ata yaxın durmur ki, yüküm ağırlaşmasın. Günahı da atır yazıq qızcığazın üstünə ki, arvadlığı bacarmadı. Təhsil yox, ev yox , pənah aparır sığınacaqlara və ya da son həddə - intihara. 13 yaşlı Gülnar bizə pənah gətirib, onu xilas etməyimizi istəyir. Valideynləri ilə Sumqayıt şəhər İcra Hakimiyyətində (İH) söhbət aparılır, ərizə alınır, lakin ata qız mənimdir deyib, məcburi ərə verir. Onu xilas edə bilmədik.
Digər qızımızda bu vəziyyət daha da acınacaqlıdır. Stereotiplərin tüğyan etdiyi Corat qəsəbəsinin məktəb direktoru valideynlərlə daim görüşüb söhbətlər etsə də, hətta, Ailə, Qadın, Uşaq Problemlər üzrə Dövlət Komitəsini də bu işə cəlb etsə də və valideynlərlə görüşlər təşkil etsə də bir irəliləyiş yoxdur.

14 yaşlı Elnarəni (ad şərtidir) ana özündən böyük oğlanla nişanlayır. Qız öz sirrini məktəbin müdriyyətinə və psixoloquna danışır.Təşkilatımıza müraciət edildi və biz Komitəyə və İcra Hakimiyyətinə xəbər verdik. İcra hakimiyyəti İH tez bir zamanda valideyinlə görüşüb söhbətlər apardı. Ana söz versə də, oğlan evinə qızı qaçırmağı tapşırdı, intihar həddində olan bu qızcığazın taleyi naməlum olaraq qalır. Ailəyə kənar şəxslərin müdaxiləsi qanunsuz olduğu üçün biz çarəsiz qaldıq."

Z. Mustafayeva onu da vurğulayıb ki, valideynlərin belə stereotiplərdən azad olunması üçün mütəmadi maarifləndirmə işləri aparılmalıdır:

"Bu sahədə məktəblər, QHT-lər, İcra hakimiyyəti, KİV və valideynlər birgə işləməlidir. Təşkilata məsləhət üçün müraciət edən valideynləri bədbəxt olmuş ailələr haqqında ətraflı məlumat verilir ki, bəlkə dərs alsınlar. Dərsdən yayınmalar haqqında məktəb direktorları ört-basdır etmək əvəzinə belə hallar haqqında icra strukturlarını vaxtında məlumatlandırmalıdırlar. Valideynlərlə söhbətlər aparılmalıdır. Bəlkə də belə valideynlərin cəzalanması üçün yollar axtarılmalıdır. Qızlarımız təhsil almalı, xoşbəxt olmalıdırlar"

Xəbərlər     Baxılıb: 1532   Tarix: 29 yanvar 2018
f Paylaş

Oxşar xəbərlər

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

turlar.az

yay geyimləri 2026 kosmetika mehsullari geyim dəbləri yoğun bağırsaq xəstəlikləri gözəllik və makiyaj qan qruplari qisa saclarin yigilmasi kosmetika novruz bayrami hakisda damla qiz adlari kurtlar vadisi vətənə aid atalar sözləri