Süni intellekt ölümü vaxtından əvvəl proqnoz etdi - 90% düz çıxır
Süni intellekt sahəsindəki yeni çalışmalar insanın nə vaxt öləcəyini öncədən deməyə imkan verdi. Maşın 90% dəqiqliklə hər hansı insanın ölüm vaxtını deyə biləcək.
Medicina.az xəbər verir ki, Stenford Universtitenin tədqiqatçıları tərəfindən hazırlanmış proqram bir çox ağır xəstəliklərin təyini və müalicəsində həkim və pasiyentlərə kömək edə biləcək.
Proqramın alqoritminin hazırlanması üçün 160 min pasiyentin qeydlərindən istifadə olunub. Ciddi dəqiq analizlərdən sonra alimlər tərəfindən alqoritm tərtib olunub. Bu model 40 min pasiyent üzərində sınaqdan keçirilib. Alqoritm 3-12 ay ərzində öləcək pasiyentləri qeyd edib. Dəhşətlisi odur ki, sonradan bu proqnoz dəqiq çıxıb. Süni intelekt cəmi 8% yanlış proqnoz verib.
Bu modelin bir çox xəstəxanalarda tətbiqi nəzərdə tutulub. Baxmayaraq ki, süni intellekt proqnozlarında yanılmayıb, həkimlər bunu pasiyentlər üçün son hökm kimi qəbul etmir və ümidlərini itirmir. Təbii ki, proqramın proqnozu yalnız həkimə təqdim olunmalı, pasiyentə bu haqda məlumat verilməməlidir. Bu məlumatlara əsasən həkim müalicə taktikasını dəyişə bilər. Həkimin vəzifəsi və məqsədi proqramın proqnozunu səhv çıxartmaq və pasiyentin ömrünü uzatmaq olmalıdır.
Milli.Az / news.milli.az









Vətən haqqında bayatılar
Kişiləri ehtiraslandıran sözlər
Yuxuda sevdiyin insanı görmək
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Röyanın adından dələduzluq - FOTO
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi