Sürətli arıqlamaq üçün 10 dəqiqəlik səhər məşqi

Sürətli arıqlamaq üçün 10 dəqiqəlik səhər məşqiSəhərlər bədən və zehni yeniləmək üçün ən uyğun zamandır.
Milli.Az xəbər verir ki, "Eat This, Not That!" platformasının yazdığına görə, cəmi 10 dəqiqəlik aktiv səhər məşqi metabolizmanı sürətləndirir, piylərin yanma prosesini başladır və gün boyu enerji verir.
Bu qısa məşq proqramı qarın əzələlərini işə salmaqla yanaşı, ürək döyüntüsünü artırır və bütün bədəni gücləndirir. Məşqlər ardıcıl şəkildə yerinə yetirildikdə arıqlama, güc qazanma və enerjili olma effekti verir.
Məşq proqramı belədir:
1 dəqiqə - "Skater hops" (konkiçi tullanışları)
Bu məşq qluteal əzələlər, ayaqlar və əyri qarın əzələlərini gücləndirir. Hər tullanışda bədən balansı və koordinasiyası inkişaf edir.
Necə yerinə yetirilir: Ayaqüstə durun, sağa tullanın və sol ayağınızı arxaya verin, sonra sola tullanaraq təkrarlayın. Tempiniz yüksək olsun.
1 dəqiqə 30 saniyə - Çarpaz "mountain climbers"
Bu hərəkət qarın əzələlərini tam şəkildə aktivləşdirir və yüksək tempdə yağ yandırılmasını təmin edir.
Necə yerinə yetirilir: Plank mövqeyində başlayın, sağ dizinizi sol dirsəyə, sonra sol dizinizi sağ dirsəyə doğru çəkin. Sürətli və davamlı təkrarlayın.
Sürətli arıqlamaq üçün 10 dəqiqəlik səhər məşqi1 dəqiqə 30 saniyə - "V-ups"
Yuxarı və aşağı qarın əzələlərini eyni vaxtda işlədən bu məşq koordinasiya və əsas əzələ nəzarətini inkişaf etdirir.
Necə yerinə yetirilir: Arxası üstə uzanın, bir ayağınızı qaldıraraq əks əlinizlə ona çatmağa çalışın. Tərəfləri növbə ilə dəyişin və nəzarətli şəkildə hərəkət edin.
Sürətli arıqlamaq üçün 10 dəqiqəlik səhər məşqi1 dəqiqə 30 saniyə - "Fast feet & drop squats"
Bu kombinə edilmiş hərəkət sürət, güc və dayanıqlığı artırır.
Necə yerinə yetirilir: Olduğunuz yerdə sürətli qaçış edin, hər 5 saniyədən bir çömbəlib əllərinizlə yerə toxunun. 90 saniyə davam edin.
Sürətli arıqlamaq üçün 10 dəqiqəlik səhər məşqi1 dəqiqə 30 saniyə - Plankda irəli toxunuşlar
Plank mövqeyində aparılan bu hərəkət qarın əzələlərini tam işləyir və bədəni stabilləşdirir.
Necə yerinə yetirilir: Ön plank mövqeyində bir əlinizi irəli uzadaraq yerə toxunun, sonra dəyişin. Hərəkət zamanı ombalar sabit qalsın.
Sürətli arıqlamaq üçün 10 dəqiqəlik səhər məşqi3 dəqiqə - Ayaqüstə diz qaldırmalar ("standing knee drives")
Bu məşqdə bədən rotasiyası, kardio yükləmə və qarın əzələləri eyni anda işləyir.
Necə yerinə yetirilir: Dik durun, əllərinizi başınızın arxasına qoyun. Sağ dizinizi qaldırın və sol dirsəyinizi ona yaxınlaşdırın, sonra tərəf dəyişin. Temp yüksək olmalıdır.
Sürətli arıqlamaq üçün 10 dəqiqəlik səhər məşqiQeyd edək ki, daha əvvəl 40 yaşdan sonra sürətli piy yandırma məşqləri də təqdim olunmuşdu.
Kənan
Milli.Az

Xəbərlər     Baxılıb: 1556   Tarix: 30 aprel 2025
f Paylaş

Oxşar xəbərlər

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

turlar.az

qis geyimləri 2026 həkim məsləhəti gözəllik məhsulları pomidorun ziyani payiz geyimleri zire yagi sac ucun ayaqqabı kosmetika aslan pehriz hekaye janri webnem tovuzlu səməd vurğun