Sürətli müalicənin 18 yazılmamış qanunu

Sürətli müalicənin 18 yazılmamış qanunuBu qaydalar sistemi istənilən mərhələdə şəfa verir və istənilən şəxsə uyğundur.
Milli.Az müalicənin 18 qızıl qaydası ilə tanış edir.
Qaydalara əsasən müalicə prosesini özünüz təyin edirsiniz. Heç kimdən asılı olmur və heç kimə pul vermirsiniz. Bütün şəfa gücləri artıq içinizdədir və onları sadəcə aşağıdakı 18 qayda ilə aktivləşdirirsiniz.
1. Bir dəfəyə 0,5 litr su için - səhər, naharda və axşam. Su təmiz olmalıdır. İçdiyiniz an özünüzə deyin: "Mən sağlamam, sağaldım!"
2. Gündə iki-üç dəfə dərindən nəfəs alıb-verin. Daha yavaş, bərabər, sərbəst və daxili sevinc hissi ilə nəfəs alın. Bütün gün nəfəs alıb-vermə texnikalarını xatırlayın və yenidən düzəldin.
3. Şəfaverici sözlər siyahısını tərtib edin - bunlar hər gün oxuduğunuz ifadələrdir. Onları tez-tez və dəfələrlə təkrarlamaq lazımdır. Məsələn: "Mən sağaldım! Şəfa enerjisi bədənimi sağaldır. Bu şəfalı enerji axınına açığam. Qaraciyərim (baş, böyrək ...) daha sağlam olur ".
4. Özünüzü masaj etməyə başlayın. Əlləriniz çatan yerləri masaj edin. Xüsusi diqqət ayaq, sinə, baş və boyun, habelə xəstə orqanlara verilir.
5. Yavaş nəfəs alın. Ağzınızı və burnunuzu barmaqlarınızla sıxın. Bir müddət sonra nəfəs almaq istəyəcəksiniz, "Yaşamaq istəyirəm!" ifadəsini özünüzə dəfələrlə şüurlu şəkildə söyləyin. Sonra əlinizi çəkin. Yenidən nəfəs alın və təkrarlayın. Bu, bədəninizə (beyinə) yaşamaq istəyinizə dair çox güclü bir siqnal göndərəcək. Çünki çox vaxt təhlükəli xəstəliklər şüuraltında yaşamaq istəyinin olmaması səbəbindən ortaya çıxır.
6. 22.00-da yatağa gedin. Səhər yuxudan erkən durun. Yatağa getməzdən əvvəl özünüzə deyin: "İndi şəfa ölkəsinə gedirəm, burada mənə sağalmağa kömək edəcəklər". Nahar vaxtında bir saat yatın.
7. Hər hansı mənfi məlumatın gələ biləcəyi kanalları tamamilə özünüzdən ayırın. Yalnız yaxşıları düşünün. Komediyalara, komik şoulara və yumoristik filmlərə baxın.
8. Axşamlar sakitləşdirici, eyni zamanda ritmik, şən və şux musiqilər dinləyin. Gündüzlər daha güclü səsə qoyun. Arzu və istəyə görə rəqs edə və mahnı oxuya bilərsiniz.
9. Təbiətlə tez-tez ünsiyyətdə olun. Əgər bunu etməyə imkan və vaxt yoxdursa, balkonda və ya pəncərənin yanında oturaraq, göyə və buludlara baxın.
10. Xəstəliyiniz haqqında düşünməyin, danışmayın, hətta heç kimlə müzakirə etməyin. Bunu sadəcə başınızdan tullayın. Əgər düşüncələr yenidən problemə geri qayıdırsa, ümumiyyətlə heç bir şey barədə düşünməməyə çalışın. Yalnız ağılın sükutunu dinləyin.
11. Dostlarınız və qohumlarınızla sakit, səmimi və dərin məna yükü olmayan söhbətlər aparın - bu yaxşı bir enerji mübadiləsidir, sizi normal vəziyyətə gətirir.
12. Soyuq duş qəbul edin. İlk günlərdə sadəcə ayaqlarınıza soyuq su tökün və yavaş-yavaş yuxarı qalxın. Soyuq su ilə yuyunduğunuz zaman pozitiv istiqamətdə və şəfa haqqında düşünün.
13. Az, lakin tez-tez yeyin (gündə 5-7 dəfə). Mümkün qədər sadə və yalnız evdə hazırlanmış yemək olmalıdır: dənli bitkilər, qatıq, kələm, evdə hazırlanmış çörək, turşu, salatlar və s. Sidikqovucu heç nə olmaz: çay, qəhvə, spirt və s.
14. Tərləməzdən əvvəl məşqlərə başlayın - çömbəlmə, dartınma və yüngül qantel. Ən yaxşısı qaçışdır, havalandırılan bir otaqda qaçış aparatında da mümkündür.
15. Həftədə bir dəfə oruc tutun. Bacarsanız, 24-36 saat. Orucdan bir gün əvvəl belə bir şey söyləyin: "Qoy bu vəzifəm müqabilində sağlam olum".
16. Hər gün 5-10 dəqiqə rahat oturun, sakitləşin və zehninizdə təkrarlayın: "Hamı sağlam və yaxşı olsun." Ətrafınızdakıların yaxşılaşdığı xəyallarını təmiz bir ürəklə qurun.
17. Hər gün özünüzü yaxın gələcəkdə sağlam insan kimi təsəvvür edin. Məsələn, 7 gündən sonra özünüzü sağlam, canlı, gülməli bir insan kimi küçədə, aydın günəşli bir gündə təsəvvür edin.
18. Allaha dua edin. (publika.az)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1758   Tarix: 04 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

turlar.az

adlarin menasi donlar 2026 reseptler dibcekler tut aragi haqqinda otaq dizayni sidik ifrazı sistemi kosmetika insan prostat bayatılar uşaq şeirləri birlik