Suriyalı qaçqın qadın: "Borcu təcavüzlə ödədim"
Suriyalı qaçqın qadınlar sadəcə ölüm-qalım savaşı deyil, eyni zamanda qadınlıq qürurlarını qorumaq üçün necə mübarizə apardıqlarını danışıblar.
Almaniya yolundakı qaçqın karvanında iştirak edən bir suriyalı qadın ərinin borclu olduğu qaçaqmalçıların onu səfər boyunca cinsi əlaqə üçün məcbur etdiyini söyləyib.
Ərini qaçaqmalçılara qarşı özünün müdafiə etdiyini söyləyən digər bir qadın 3 ay davam edən səfər zamanı ailəsinin borcunu hər gün təcavüzə məruz qalaraq ödədiyini danışıb.
Başqa bir qaçqın qadın Macarıstan polisi tərəfindən şüurunu itirənə qədər döyüldüyünü söyləyib. Əvvəllər makiyaj sənətçisi olan və cinsi istismardan qorunmaq üçün kişi kimi geyindiyini izah edən Esra əl-Horani isə "yalnız döyüldüyü və əşyaları oğurlandığı" üçün özünü şanslı hiss etdiyini ifadə edib.
Yaşadıqlarını "New York Times"a izah edən qadınlar qaldıqları sığınacaqlarda yatarkən qapılarının önlərinə stəkan qoymaq kimi aldıqları təhlükəsizlik tədbirlərindən bəhs ediblər.
Əvvəllər Suriya İqtisadiyyat Nazirliyində çalışan 35 yaşındakı suriyalı qaçqın Samar da bombalardan qaçmaq üçün 2, 8 və 13 yaşlarındakı üç qızı ilə 14 ay boyunca səfər edib. Səfər əsnasında pulu oğurlandığı üçün Ömər adındakı fırıldaqçı bir adam cinsi əlaqə qarşılığında onları qoruyacağını təklif edib. Qadın isə bu təklifi rədd edib. Fırıldaqçı bu səbəblə bir gecə onun qaldığı otağa girərək onu və uşaqlarını hədələyib.
Yaşananlar səbəbiylə səfər əsnasında və sonrasında üç qızını gözünün qarşısından bir an belə ayırmadığını söyləyən Samar Türkiyədə bir il çalışaraq səfər pulunu yığıb və Almaniyaya gedib.
Zədə yaşayan qadın qaçqınları müalicə edən berlinli psixiatr Susanne Höhne bəziləri uşaq yaşda, bəziləri isə 60 yaş üzərində olan, yaxşılaşdırmağa çalışdığı 44 qadının cinsi zorakılığa məruz qaldığını ifadə edərək təcavüzə uğrayan qadınların travmatik stres pozuqluğuna dair bütün simptomları göstərdiyini ifadə edib.
f Paylaş








8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Tərəf müqabili oldular
20 yaş cavanlaşmağın qiyməti bilindi - Ebru sərvət ödədi
Bu meyvə C vitamini ilə zəngindir: Limon və portağal deyil
Bağırsaq sağlamlığını yaxşılaşdırmağın 5 elmi yolu
Qadın kimi yaşamadığım bütün xoşbəxtlikləri qızım yaşayacaq' - Xalq artisti
Məni Vaqif Gərayzadənin ad gününə çağırmadılar
Demans riskini azaltmaq üçün ideal yuxu müddəti
Aspirin xərçəng riskini azaldır?
Ev heyvanları ilə bağlı vacib XƏBƏRDARLIQ: Səbəb tükdür?
İnsan övladı üçün hər şeydən keçər' - İlk dəfə ailəsindən danışdı