Surroqat anaların dünyaya gətirdiyi uşaqların digərlərindən fərqi araşdırılıb
Rusiyada surroqat anaların (daşıyıcı ana) dünyaya gətirdikləri uşaqlarla bağlı araşdırma aparılıb.
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, alimlər, surroqat analardan doğulan uşaqların daha güclü immunitetə malik olduqlarını, bundan başqa, onların az iştaha ilə daha artıq çəki yığdıqlarını bildiriblər.
Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Sitologiya və Genetika İnstitutunun tədqiqatçıları bu nəticəyə siçanlar üzərində bir sıra təcrübələr apardıqdan sonra gəliblər. Bildirilir ki, bu, surroqat ana və onun daşıdığı dölün əhəmiyyətli gen fərqlərindən qaynaqlanır. Ona görə də bu uşaqlar ənənəvi yolla doğulmuş uşaqlardan daha sağlam olurlar. Amma surroqat analıq mərkəzi bu analardan doğulan uşaqların sağlam olduqlarını təsdiqləsə də, artıq çəki haqqında deyilənlərlə razılaşmır.
İmmunitetin güclü olması surroqat ananın diqqətlə seçilməsindən qaynaqlanır. Yəni sağlam körpələr dünyaya gətirmək üçün surraqat ana kimi adətən mükəmməl sağlam qadınlar seçilir.
Milli.Az /news.milli.az









Hakışta
Mükəmməl seks üçün yataqdakı QAYDALAR
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir
Aygün Bəylərin bacısı etiraf etdi - 'Ailəmlə küsülüyəm
Dəriyə necə qulluq etməliyik?
Həmin insanlarla əlaqəni kəsmək lazımdır
Sinan Akçıl xəstəxanaya yerləşdirildi
Yaşıl çay sevənlərə ŞAD XƏBƏR
Afət Fərmanqızına qarşı dələduzluq edildi
İlqarə yeni layihəsini təqdim etdi - Audio
Xalq artisti tanınmaz hala düşdü - FOTOLAR
Mən köhnə kişilərdənəm, bizdə qadın işləməz
İbrahim Tatlıses yenidən xəstəxanaya yerləşdirildi